Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu smartfon 104 dilə avtomatik tərcümə edir
Fransanın “Sugar” şirkəti Pekində keçirilən konfransda süni intellekt tərcümə funksiyası ilə təchiz edilən yeni “S20” smartfonunu təqdim edib.

Bizimyol.info ICTnews-a istinadən xəbər verir ki, qurğu quraşdırılmış texnologiyanın 104 dilin tərcüməsini dəstəkləməsi ilə seçilir.

Məlumata görə, smartfon fotosu çəkilən mətni müəyyənləşdirərək dərhal onu lazımi dilə tərcümə edə bilir. Tərcümənin işə salınması üçün ayrıca fiziki düymə nəzərdə tutulub.

Qiyməti 300 dollar təşkil edən “Sugar S20” modeli 5,99 düym diaqonallı və 2246х1080 piksel təsvir ölçülü ekran, 12 və 16 meqapikselli kamera, “Snapdragon 625” prosessoru, 4 giqabayt operativ və 64 giqabayt quraşdırılmış yaddaş kimi texniki xüsusiyyətlərə malikdir.

Qeyd edək ki, Yer kürəsi əhalisinin 80 faizi 80 dildə danışır.

Son xəbərlər
Bütün xəbərlər »