Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranda İnstaqram da qadağan edilir

İranda ən çox istifadə edilən sosial şəbəkələrdən olan İnstaqramın fəaliyyətinə qadağa qoyulacağı bildirilib.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, bu barədə İran Baş prokurorunun müavini Məhəmməd Müsəddiq məlumat verib.

Onun sözlərinə görə, bu addıma səbəb ölkədəki bəzi sənətçilərin İnstaqram vasitəsiylə ehtiyaclılar üçün maddi yardım toplamalarından sui-istifadə hallarına yol vermələridir.

Qeyd edək ki, İranda Feysbuk, Tvitter kimi sosial şəbəkələr də istifadə edilmir. Bu ilin aprelində isə Teleqram da bağlanıb.

Son xəbərlər
Bütün xəbərlər »