Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ETSN isti hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Bizimyol.info departamentin xəbərdarlıq məlumatına əsasən bildirir ki, bu gün ölkə ərazisində anomal isti hava şəraiti davam edir:

"Bu gün ölkə ərazisində anomal isti hava şəraiti davam edir. Anomal isti hava şəraiti ilə bağlı günorta saatlarında 11:00-17:00-dək günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir, günəş şüalarından qorunmaq üçün mümkün vasitələrdən istifadə etməyinizi tövsiyə edirik.

Anomal isti hava şəraiti iyulun 04-də də davam edəcək. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 39-41, Mərkəzi Aran və Naxçıvan MR-nın bəzi yerlərində 40-44, dağlıq rayonlarda isə 27-32 dərəcə isti təşkil edəcək."

Orxan Musa

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »