“APA-Economics” xəbər verir ki, bunu “Azərişıq” ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev deyib. Onun sözlərinə görə, Bakı Metropoliteni, xəstəxanalar, hərbi hissələr, su kanalizasiya və başqa dövlət əhəmiyyətli obyektlər tam şəkildə elektrik şəbəkəsinə qoşulub.
"İstehsalçı “Azərenerji” ASC tərəfindən elektrik enerjisi ötürüldükcə, paylayıcı “Azərişıq” ASC abonentləri işıqla təmin edəcək. İstehlakçıların keyfiyyətli, fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsi istiqamətində zəruri bütün addımlar atılır və ən qısa vaxtda 100 faiz problem aradan qaldırılacaq", - deyə T.Mustafayev vurğulayıb.