Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“İsrail buludlara müdaxilə edir...”

İran Mülki Müdafiə Qurumun rəhbəri, general Qulamrza Cəlali İranda gözlənilməz iqlim dəyişikliklərində kənar müdaxilələrin olduğunu bildirib.

“Qafqazinfo” Habertürk-ə istinadən xəbər verir ki, Q.Cəlali İsrail və qonşu ölkələrdən birinin İrana daxil olan yağış buludlarının yağmaması üçün onları qısırlaşdırdığını söyləyib:

“Əfqanıstandan Aralıq dənizinə qədər davam edən coğrafi zolaqda 2200 metr yüksəlikdəki çox yerlərdə qar var. Amma bizdə isə həmin hündürlüklərdə quraqlıqdır”.

O, hazırda məsələ ilə bağlı İran elmi mərkəzlərinin araşdırma apardığını sözlərinə əlavə edib.

Qeyd edək ki, hazırda İranda əvvəlki illərə nisbətən quraqlıq hökm sürməkdədir.

Son xəbərlər
Bütün xəbərlər »