Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çay dəmləyənlərin diqqətinə — Bu səhvlər xərçəngə səbəb olur
Çay bu gün həyatımızın vazkeçilməz ünsürüdür. Gün ərzində bir neçə dəfə çay içirik. Amma çayı səhv dəmləyəndə bir sıra xəstəliklər üzə çıxır. Çay içəndə müəyyən qaydalara əməl etmək lazımdır.

Bizimyol.info olke.az-a istinadən oxucularına bu qaydaları və bu qaydalara əməl etməyəndə yaranan problemləri təqdim edir.

Ərpsiz su istifadə edin

Çay dəmləyəndə əsas məsələ istifadə etdiyiniz sudur. Ərpsiz sudan uzaq durmaq üçün krant suyu istifadə etməyin. Çünki tərkibində ərp olan su həm sağlamlığa ziyandır, həm də çayın rəngini bulanıq edir.

Dəm çaynikinə diqqət edin

Çay dəmləyəndə keyfiyyətə təsir edən bir məsələ də çaynikdir. Ən ideal seçim çini qabdır. Polad və alüminiumdan istehsal edilən dəm çaynikləri isə məsləhət görülmür.

Su

Gözəl çay əldə etmək üçün istifadə edəcəyiniz suyu qaynadıqdan sonra əlavə edin. Qaynaya-qaynaya çay dəmləyəndə quru çay yanır və acı dadır. Acı çay isə insan sağlamlığı üçün çox ziyandır. Çayı dəmlədikdən sonra odun üstündə saxlamayın.

Qaynanmamış su istifadə edin

Çay dəmləyəndə edilən səhvlərdən biri də qaynanmış su istifadə etməkdir. Qaynanmış su orqanizmdə bakteriyaların yaranmasına səbəb olur. Buna görə də ən ideal seçim qaynanmamış su istifadə etməkdir.

Qazı azaldın

Çayı vam xodda dəmləyin. Yüksək istilik xərçəng kimi ciddi problemlərə səbəb ola biləcəyi üçün çayı vam, asta xodda dəmləyin. Eyni zamanda boyat çaydan uzaq durum.

Son xəbərlər
Bütün xəbərlər »