Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Sərgilər artıq böyük ekranda
PC British Council
British Council CoolConnections və Park Cinema əməkdaşlığı ilə birgə yeni layihə təqdim edir.

16 iyul 2017-ci il tarixindən etibarən Bakı tamaşaçıları britaniyalı rejissor Fil Qrabskidən yüksək keyfiyyətdə və iri ekranda FİLM-SƏRGİLƏRİ izləmək şansı əldə edəcək!

Londonun Milli qalereyası, Kral İncəsənət Akademiyası və Müasir İncəsənət Qalereyası, habelə Norveç milli muzeyi, Munka muzeyi, Amsterdam Dövlət muzeyi, Mauritshuis Kral Qalereyası və Amsterdamdakı Van Qoq muzeyindən olan sərgilər böyük ekranda yenidən canlanaraq incəsənət sevərlərə daha yaxındılar.

Britaniyalı sənədli film rejissoru Fil Qrabskinin film-sərgiləri Londondan tutumuş Osloya, Paridən Nyu-Yorka kimi dünaynın müxtəlif muzaylərində son on ilin ən yaxşı sərgi layihələrinin bir parçasına çevrilmək, həmçinin rəsm sənətinin müxtəlif istiqamətləri və dahi rəssamların sənəti ilə kinoteatr zalında yaxından tanış olmaq imkanı yaradır.

HD çəkiliş sayəsində ilzəyicilər qədim ustad və impressionistlərin, XVII əsrin hollandiyalı rəssamları və rəssam-avanqardistlərin şah əsərlərini incəliklərinə kimi izləyə biləcəklər. Bu filmlər dünaynın 50 ölkəsində 150-dən çox kinoteatrda numaiş olunub, satılmış biletlərin sayı isə milyounu üstələyib.

Bakıda layihəyə yeddi tammetrajlı filmin nümayişi ilə start verilir. Hər bir film izləyiciləri rəqəmsal kinonun yüksək texnologiyalarının köməyi ilə dünya incəsənətnin şah əsərləri ilə tanış edəcək. Filmlər rəsmləri göstərməklə yanaşı sərginin ərsəyə gəlməsini də əks etdirir.

Məsələn, “Leonardo HD” filimin əsasını Londonda The National Gallery –də keçirilmiş “Leonardo da Vinçi: Milan sarayında rəssam” sərgindən olan ekskursiya təşkil edir. Bəşər tarixində ilk dəfə Leonardonun qırxdan çox əl işi br məkanda toplanılmışdı. Sözügedən sərgi ətrafında böyük ajiotaj ikinci əl satılan biletlərin qiymətinin 700 dollara kimi artmasına səbəb olmuşdu. Fil Qrabiskinin filmi sayəsində Bakı izləyiciləri bu sərgini adi kino bileti qiymətinə izləyə biləcəklər!

Kuratorların maraq doğuran tədqiqatları, nəhəng muzeylərin fəaliyyəti, əl işlərinin restavrasiyası, sənətşünasların ekspert rəyi, aktyor, yazıçılar, rəssam və musiqiçilərin şəxsi təəssüratları – bütün bunlar film-sərgidə əks olunur. Bu sənədli filmlər sayəsində azərbaycanlı tamaşaçılar təsviri incəsənətin şah əsərlərinin ərsəyə gəlmə tarixçəsi ilə tanış olacaqlar.

Kino nümayişlərin açılışına “Rəssamlıqda bağlar: Monedən Matissaya” filmi ilə start veriləcək. İlk seans 16 iyul saat 13:00-da Park Cinema kinoteatrlar şəbəkəsinin Flame Towers kinoteatrında baş tutacaq.

London Milli qalereyada keçirilmiş sərgiyə əsasən çəkilmiş film izləyiciləri rəssamları bu cür şah əsərlər ərsəyə gətirməyə ilhamlandıran Jiverniyaya- Klod Mone bağlarına və Zeebülldə Emil Nolde bağların aparır.

Biletləri onlayn və ya Park Cinema (Flame Towers) kassalarında əldə edə bilərsiniz. Biletin qiyməti – 9 AZN.

KİV nümayəndələri Flame Towers-da 12 iyul saat 11:00-da baş tutacaq press-konferensiyaya dəvətlidirlər.

Fürsətdən yararlanaraq British Council-Azerbaijan CoolConnections incəsənət birliyi və Park Cinema kinoteatrlar şəbəkəsinə öz minnətdarlığını bildirir.

Filmlərin afişası:

Rəssamlıqda bağlar: Monedən Matissaya 16 iyul - 13:00 Park Cinema, Flame Towers

Qoya: cism və qan təxəyyülü 23 iyul - 13:00 Park Cinema, Flame Towers

Renuar: Naməlum rəssam 30 iyul - 13:00 Park Cinema, Flame Towers

Leonardo HD 6 avqust - 13:00 Park Cinema, Flame Towers

Mikelancelo: Məhəbbət və ölüm 13 avqust - 13:00 Park Cinema, Flame Towers

İmpressionistlər 20 avqust - 13:00 Park Cinema, Flame Towers

Vinsent van Qoq: Yeni baxış 27 avqust - 13:00 Park Cinema, Flame Towers

Mən, Klod Mone 3 sentyabr - 13:00 Park Cinema, Flame Towers

Mirvari sırğalı qız 10 sentyabr - 13:00 Park Cinema, Flame Towers

Redaktorlar üçün qeyd:

Park Cinema - Azərbaycanda müasir çoxzallı kinoteatrların ən iri milli şəbəkəsidir. Hazırda şəbəkəyə Park Bulvar, Metro Park, Zagulba Mall ticarət və əyləncə mərkəzlərində, ölkədə yeganə IMAX formatlı nümayişlərin təqdim olunduğu Flame Towers, həmçinin Masallı rayonundakı “ASAN Həyat”-da yerləşən kinoteatrlar və Amburan Beach Club-da yerləşən yay kinoteatrı daxildir.

British Council — təhsil sahəsində mədəni əlaqələr və imkanları inkişaf etməkyə yönələn beynəlxalq Britaniya təşkilatıdır. Bugün biz Böyük Britaniya xalqı və digər ölkələr ilə dostluq və qarşılıqlı anlaşma qururuq. Böyük Britaniyanın mədəni resurslarından faydalanaraq biz fəaliyyət göstərdiyimiz ölkələrdə müsbət dəyişikliklərə imza atırıq – yeni imkanlar yaradaraq, əlaqələr quraraq və güvən qazanaraq həyatı dəyişirik.

[gallery columns="1" size="large" ids="7952">

Paylaş »
››› Çingiz Əhmədovdan həmkarına sərt mesaj: "Rəhman “kukla oynadan” olub da, kim olub ki?!"
››› İranın Ali dini lideri etirazçılara müraciət edib
››› Almaniya məhkəməsi 12 yaşlı azərbaycanlının deportasiya qərarını ləğv edib
››› Ad günündə sevgilisini və dostunu güllələdi
››› SOCAR-ın yüksək vəzifəli əməkdaşının qardaşı Xəzərdə itkin düşdü
Son xəbərlər
Bütün xəbərlər »