Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qardaşımı qız üstündə öldürüb, adını başqa qoyurlar”
Prokuror Pirşağıda qətl törədən şəxsə cəza istədi.

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Zahid Məmiyevin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bizimyol.info xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək məhkəmədən Zahid Məmiyevə 18 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ömürlük cəza tələb edib: "Bu qardaşımı qız üstündə öldürüb. Adını başqa qoyurlar. Qardaşımı içirdib, sərxoş edib öldürüblər".

Zahid Məmiyevin vəkili çıxış üçün vaxt istəyib. Məhkəmə iyunun 29-da davam edəcək.

Qətl hadisəsi 2017-ci il iyunun 3-də Pirallahı qəsəbəsinin Xanlar küçəsindən baş verib. Qəsəbə sakini Nəsir Əkbərov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb. Hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Zahid Məmiyev tutulub.

O, Cinayət Məcəlləsinin 120.2-ci (xüsusi amansızlıqla qətlə yetirmə) maddəsi ilə ittiham edilir.

Rəşad VAQİFOĞLU

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »