Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Instagram” videoçat funksiyasını işə saldı

“Instagram” yeni videoçat funksiyasını işə saldığını elan edib.

Oxu.Az xəbər verir ki, bu haqda məlumat “Instagram”ın rəsmi blogunda dərc olunub.

Videoçat servizindən “iOS” və “Android” əməliyyat sistemlərində “Instagram” işlədən istifadəçilər yararlana biləcək.

Bunun üçün istifadəçinin şəxsi ismarıclar (direct) bölməsinə daxil olub, bir və ya bir neçə həmsöhbətini seçməsi və ya artıq mövcud olan çat pəncərəsində yuxarı sağ küncdə olan kamera ikonunu sıxması lazım gələcək.

Funksiya telefon nömrələrini bilmədən dostlarla canlı rabitə qurmağa imkan verir. Videoçatda eyni vaxtda beş nəfərə qədər istifadəçi iştirak edə bilər.

Son xəbərlər
Bütün xəbərlər »