Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hüquqşünas: "14 yaşlı qızı ərə verən də, bu qızı alan ailə də cinayət məsuliyyəti daşıyır" - Video
Bir  neçə gündür  "Bizim Yol" qəzetinin redaksiyasına  boşanmışailələrdən müxtəlif şikayətlər daxil olur. Çoxuşaqlı ailələrin problemləri, qanunda  mövcud olan boşluqlar bizi məcbur etdi ki, məsələ ilə bağlı hüquqşünas rəyi alaq.Bu gün Lerik rayon sakini ilə bağlı yaranmış gündəm də  hüquqşünas Əkrəm Həsənovla söhbətimizin əsas mövzusunu təşkil etdi . Xatırladım ki, Lerik sakini Mirtəmən Sadıqov Bakıda yetkinlik yaşına çatmamış qızının keçmiş həyat yoldaşı tərəfindən ərə verilməsinə qarşı çıxıb, kömək üçün mətbuat vasitəsi ilə  prezidentə və dövlət orqanlarına müraciət edib.

Atanın sözlərinə görə, keçmiş həyat yoldaşı Məmmədova Əminə uşaqlarını ondan gizlədir: “Dövlət araşdırsın, 14 yaşlı qızı ərə vermək olarmı? Qızlarımın adı Leyla, Nüşabə, Aytən və Yeganədir”.

M.Sadıqov deyir ki,hazırda qardaşının Binə qəsəbəsindəki evində qalır. Və uşaqlarının taleyi barədə mətbuata hər şeyi açıq danışmaq istəmir. Amma toy təxirə salınsa və azyaşlı qızının ərə verilməsinin qarşısını alınsa dövlət orqanlarına izahat verməyə hazırdır.Ata qızının evlənməsi barədə xəbəri qohumların toy dəvətnaməsindən öyrənib. Xatırladım ki, Mirtəmən Sadıqov 10 uşaq atasıdır və xanımı ilə boşanıb. İzləyicilərimizin  bu və digər ailə-məişət mövzusunda  hüquqi suallarını  hüquqşünas Əkrəm Həsənov cavablandırır.

-Əkrəm bəy, ilk növbədə istərdik 14 yaşlı qızın atasından xəbərsiz evləndirilməsi məsələsinə aydınlıq gətirəsiniz

-Ümumiyyətlə qeyd edim ki, Azərbaycanda evlənmə yaşı 18 yaş müəyyən edilib. 14 yaşlı uşağın nikaha cəlb edilməsi birbaşa ccinayət əməli hesab olunur. Bu vəziyyədə ata məhkəməyə müraciət edə bilər. 14 yaşlı uşağı alan da , evlənməyə təşviq edən də eyni dərəcədə məsuliyyət daşıyır. Hansı çətin şəraitdə  qızını ərə verməsinə məcbur olmasına baxmayaraq bu vəziyyətdə ana cinayət məsuliyyəti daşıyır və ən ağır haldda valideyn hüququndan məhrum edilə bilər.

-Ümumiyyətlə boşanma məsələlərində boşandıqan sonra  xüsusən qadınları çətin vəziyyətə salan qanun boşluqları var.Aliment, evin bölünməsi kimi məsələlərdə. Şəki rayonundan  müraciət etmiş izləyicimiz 3 qız anasıdır. Gəlin gəldiyi ev qaynatanın adınadır.Boşanacağı təqqdirdə ona qaynatanın evindən bir otaq düşürmü?

-Çox təəssüf ki, haqlısınız. Boşanma faktlarında həmişə yük qadınların üzərinə düşür. Uşaqların yükünü onlar çəkməli olurlar.Mən də qız atasiyam və bu vəziyyət ürək sıxan haldır. Şəkili xanıma  rreal durumdda ev düşmür. Ata hətta öz oğlunu da öz evindən çıxarmaq hüququna malikdir.

-Boşanmadan aliment almaq mümkündürmü?

-Bəli, mümkündür. bunu məhkəməyə getmədən qarşılıqlı razılaşma varsa notarial qaydada da həll etmək olar.

-2009-cu ildə boşanmış və uşaqlarına  məhkəmə qaydası ilə 50 manat aliment kəsilmiş ana sual verir ki, alimenti artırmaq mümküdürmü?

-Bəli, məhkəməyə müraciət etməklə mümkündür. 9 il ərzində inflyasiya və qiymətlərin yüksəlməsi faktı nəzərə alınmalıdır.

-Bir izləyicimiz aliment ala bilmədiyini,  keçmiş ərinin ödəniş etməkdən boyun qaçırdığını söyləyir.

-Belə olan haldda məhkəmə şikayətt  etmək lazımdır. İcra nümayəndələrinin özlərindən də şikayət etmək olar. Nə yaxşı kiminsə  banka borcu olanda gəlib qapını sındırmağı bacarırlar, amma borclu atadan övladına verilməli olan haqqı ala bilmirlər? İşlərini ciddi görünlər deyə məhkəmə icraçılarından da şikayət etmək olar.Aliment verməyən ataya gəlincə ona xəbərdarlıq edilir, daha sonra 15 günə qədər həbs cəzası, yenə ödəmə etməkdən boyun qaşırarsa bir ildən 3 ilə qədər həbs cəzası  ala bilər.

-Azərbaycanda yazılmamış bir qanun var. Hər kəs niyəsə hesab edir ki, ata mülkü yalnız oğlanlara aiddir.

-Bu bizim beynimizə yerimiş bir ənənədir. Bir fakt söyləyim.Bir dəfə bir qadının ata mülkünə məhkəmə iddiası var idi. Hakim də çox yüksək, tanınan bir məhkəmənin  hakimiydi. Özü də qadındır. Onun söyldəiyi sözə heyrət etdim. Şikayətçi xanıma üzünü tutub dedi ki, "başa düşmürəm ev oğula qalmalıdır də, siz niyə ata mülkündən pay umursuz?" Təsəvvür edirsiniz, bunu söyləyən qadın idi, özü də hakim.

-Yeri gəlmişkən, mülkiyyətlə bağlı bir izləyici sualımız var. Ata babamızın evində bibim, əmilərim və atam yaşayır. Ev kimin adına olmalıdır?

-Evdən  bütün övladlara eyni qaydada pay düşür. Əgər bacı qardaşlardan biri dünyasını dəyişibsə onun payı ölən şəxsin xanımına və ya  övladlarına düşür.

Müsahibə ilə aşağıdakı video vasitəsi ilə tanış ola bilərsiniz.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »