Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sümükləri gücləndirən vitaminlər - Siyahı

Sümüklər nə qədər möhkəm olsa da, zəifləyir və ovxalanır.

“Ölkə.Az” xəbər verir ki, xüsusilə də yaş artdıqca sümüklərin əriməsi baş verir və adi bir qəzada sümüklər qırıla bilər. Amma əvvəlcədən görəcəyimiz tədbirlər bu problemin qarşısını ala bilər. Oxucularımıza aşağıda təqdim etdiyimiz araşdırma yazısında güclü sümüklərə sahib olmağın yolları var.

D vitamini

Sümük sağlamlığı üçün ən önəmli vitaminlərdən biri D vitaminidir. D vitamini qida ilə qəbul edilən kalsiumun orqanizm tərəfindən udulmasında böyük təsir gücünə sahibdir. D vitamini çatışmayan orqanizmlərdə sümüklər asanlıqla qırılır, əyilir və bükülür.

D vitamini mənbələri:

Ən yaxşısı günəş şüasından faydalanmaqdır. Bundan başqa balıq və balıq yağının da tərkibində D vitamini var. Təbii qidaların tərkibində D vitamini çox olmadığı üçün əlavə olaraq qəbul edilməsi lazımdır.

Kalsium

Bu vitamini əsasən uşaq və yeniyetməlik dövründə qəbul etmək lazımdır. Orqanizmdəki kalsium miqdarını normada saxlamaq üçün yetkinlik dövrü və cavanlıqda tərkibində kalsium olan qidalar qəbul etmək lazımdır. Aparılan bir tədqiqatın nəticələrinə əsasən, uşaqlıqdan bu yana kifayət qədər kalsium qəbul edən insanlarda sümük qırılması və əriməsi digərlərinə nisbətən 30% az olur.

Kalsium mənbələri:

Som balığı, süd kimi qidaların tərkibində kalsium boldur. Normalda bir gün ərzində 1000-1200 mg kalsium qəbul etmək lazımdır.

Fosfor

Fosfor da sümük sağlamlığı üçün çox faydalıdır. Fosfor və kalsiumu birlikdə qəbul edəndə həzm sistemimizdən sovrulması daha yaxşı olur. Aparılan tədqiqatlar üzə çıxarıb ki, bol miqdarda qəbul edilən kofein fosforun bağırsaqlardan sovrulmasını azaldır. Bu səbəbdən həddən artıq qəhvə içmək olmaz.

Fosforun mənbələri:

Tünd yaşıl yarpaqlı tərəvəz, paxlalı bitkilər və badam kimi çərəzlərin tərkibində bol miqdarda fosfor və kalsium var.

K vitamini

K vitamini sümüyün yaranmasında rol oynayır. Son illər aparılan araşdırmalara görə, K vitamini çatışmazlığı yaşayan insanlarda sümük qırılması riski çox yüksəkdir. Xüsusilə qadınların menapauza dövründən sonra sümük sağlamlığını qorumaq üçün K-2 vitaminin qoruyucu təsiri var.

K vitamini mənbələri:

Yaşıl yarpaqlı tərəvəz, süd məhsulları, cəfəri, yaşıl çay, kivi və quru ərik K vitamini ilə zəngindir. Amma xəstəliyi olan və dərman qəbul edən şəxslər bu məsələdə həkimlə məsləhətləşməlidirlər.

C vitamini

C vitamini də sümük üçün çox faydalıdır. Bundan başqa orqanizmdə antioksidant vəzifəsini yerinə yetirən C vitamini sümüklərdəki problemin qarşısını almağa kömək edir. Araşdırmalara görə, orta yaşlarda qəbul edilən C vitamini kişilərdə omba sınığının qırılması riskini azaldır.

C vitamini mənbələri

Brokoli, bibər, çiyələk, kivi vəs.-nin tərkibində bol miqdarda C vitamini var.

Son xəbərlər
Bütün xəbərlər »