Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekoloji təmiz texnologiyaların tətbiqi sabahın çağırışıdır
Mütəxəssislərin hesbalamalrına görə, insanlara, heyvan və bitki aləminə mənfi təsir baxımından bifinci yerdə mobil texnikanın qaz halında tullantıları durur. Qlobal miqyasda dünyada avtotraktor parkı ildə atmosferə 20-27 milyon ton karbon monooksid, 2-2,5 milyon ton karbohidrogenlər, 6-9 milyon ton azot oksidləri, 200-230 milyon ton karbon dioksid, həmçinin 100 min ton qurum atılır. Ən təhlükəli tullantılar qurum, benzapiren, azot oksidləri, aldehidlər, karbon monooksid və karbohidrogenlərdir.

Ümumi zəhərlik səviyyəsində birinci yerlərdən birini qurum tutur, çünki birincisi onun atmosferə atılan miqdar kifayət qədər çoxdur və sərf olunan yanacağa görə 1%-dir. İkincisi, o, çoxnüvəli aromatik karbohidrogenlərin toplayıcısı rolunda çıxış edir.Odur ki qurum uzun müddət havada qalır, nəfəs yollarına və insanın qida borusuna daxil olur. Hesablamalar göstərir ki, ölçüləri 150 nm olan qurum hissəcikləri 8 sutka ərzində havada asılqan vəziyyətdə qala bilər. Əgər nisbətən iri qurum hissəcikləri (2-10 mkn ölçülü) orqanizmlərdən asanlıqla kənarlaşırsa, xırda (ölçüləri 50-200 nm olan) qurum hissəcikləri ağciyərdə qalır və xəstəliklərə, o cümlədənallergiyaya səbəb olur.

Keçmiş SSRİ vətəndaşı olmuş, hazırda ABŞ-da yaşayan Solomon Labinov bərk metallik yanacaqlarla işləyən yeni daxili yanma mühərrikləri konsepsiyasını təklif edir. Bu mühərrikdə qidalanma sistemi buraxılış sistemi ilə birləşdirilmişdir. Xüsusi hərəkət edən arakəsməyə malik yanacaq çəni dəmir nano tozları əsasında yanacaq ilə doldurulur.

Yanacağın yanması (oksidləşməsi) yanma kameralarında baş verir və yanma qazlarında azotdan başqa nə azot oksidləri, nə qurum, nə də karbohidrogenlər olmur, tozun yanmış hissəcikləri isə xüsusi filtrlərin və ya maqnitlərin köməyi ilə tutulur.

ABŞ-ın Tennesi ştatındakı “Ouk-Ric” Milli laboratoriyasında materiallar kimyasının rəhbəri olan Devid Biçin fikrincə, metallik yanacaq hidrogen kimi ekoloji təmiz enerji mənbəyidir. Lakin hidrogendən fərqli olaraq metallik yanacaq, məsələn, dəmir və ya alüminium daha yüksək xüsusi yanma istiliyinə malikdirlər.

Belə yanacağı ətraf mühitin temperaturunda və təzyiqində saxlamaq və mühərrikdə səmərəli istifadə etmək olur. Laboratoriyanın kollektivi tərəfindən metallik hissəciklərin diametri 50 nm olan yanacaq yaradılmışdır ki, yanma prosesində müasir benzin mühərrikində olduğundan üç dəfə artıq enerji ayırır.

Deyilənlərdən çıxan  nəticə budur ki, yüksək texnologiyalar dövründə ekoloi mühiti mühafizə etmək üçün nanotexnologiyaların inkişafına  rəvac verilməkdədir.

XXI əsrdə elm və texnikanın sürətli inkişafı bəşəriyyət qarşısında həlli dünənə qədər mümkün olmayan problemlərin həlli olunması üçün geniş imkanlar açır. Ona görə bəşəriyyət bu yüzillikdə hansı qlobal problemlərin həll oluna biləcəyi haqqında çox düşünür və həlli dünənə qədər mümkün omayan suallara cavab tapmağa çalışır. Son illər dünya elminin əsas istiqamətlərindən biri sayılan nanotexnologiya çox böyük sürətlə inkişaf edir.

Nanotexnologiya yeni qeyri-adi xassələrə malik materiallar alınmasına imkan verir. Belə materiallardan elm və texnikanın müxtəlif sahələrindəbiotexnologiyada, hərbi işlərdə, tibbdə, ətraf mühitin mühafizəsində və s. istifadə etmək mümkündür. Nanotexnologiya, həm də geniş ixtisaslararası elmi istiqamətlərin də formalaşmasına kömək edir. Ona görə də bu istiqaməti seçən hər bir mütəxəssis riyaziyyat, fizika, kimya, biologiya, materialşunaslıq, tibb, kompüter texnikasından minimal biliklərə malik olmalıdır. Nanotexnologiyanın həll etdiyi problemlər fundamental və texnoloji həllə bağlı olduğu üçün, burada elmi və mühəndis biliklərin sintezi mühüm şərtdir.

Azərbaycan Respublikasında çalışan alimlərin nanotexnologiya sahəsində apardığı elmi-tədqiqat işləri elmi səviyyəsinə görə aparıcı ölkələrin işlərinə Layihə. Azərbaycan Respublikasında nanotexnologiyanın və nanomaterialların inkişafı proqramı 9 yaxındır. Respublikamızda bu işlər yüksək nəzəri və təchizatı zəif eksperimental bazaya söykəndiyi üçün, yaxın zamanlarda bu istiqamətdə dövlət səviyyəsində köklü dəyişiliklər baş verməsə, bu tədqiqatlar yüksək texnologiyaya və diaqnostik tədqiqatlar sisteminə söykənməsə, ölkəmizdə həm tədqiqat işlərinin həm də nanosənayenin inkişafı dünya səviyyəsindən çox geridə qalacaqdır. Azərbaycanda nanotexnologiya sahəsində aparılan elmi işlər dövlət büdcəsində çalışan və zəif təchizatlı laboratoriyalarda, elmi tədqiqat institutlarında və universitetlərdə həyata keçirilir. Bütün inkişaf etmiş ölkələrdə nanotexnologiyanın inkişafı ilə əlaqədar Dövlət Proqramları qəbul olunmuş və uğurla həyata keçirilir

Avropa Birliyi ölkələri nanotexnologiya sahəsində elmi-tədqiqat işləri aparmaq üçün büdcədən 4,865 milyard avro ayırmışdır. Bu isə onun elmə ayırdığı büdcənin təqribən 9-10%-ni dtəşkil edir. Analoji konkret rəqəmləri ABŞ, Rusiya və Yaponiya üçün də qeyd etmək olar. Azərbaycanda bu sahəyə demək olar ki, çox cüzi pul vəsaiti xərclənir. Azərbaycan Respublikasında halhazırda nanotexnologiya sahəsində məşğul olmaq üçün elmi potensialın səviyyəsi az olduğunu nəzərə alıb, bu istiqamətdə kadr hazırlanmasını təşkil etmək lazımdır. Yaxın gələcəkdə nanotexnologiya məhsullarının Azərbaycana daxil olması proqnozlaşdırılr və bu istiqamətdə maariflənmə prosesinə başlamaq zərurəti günün tələbinə çevrilmişdir. Respublikamızda yalnız Bakı Dövlət Universitetində nanotexnologiya üzrə üçün kadr hazırlanmasına başlanmıdır.

Hələ 2011-ci ildə Azərbaycanda ilk dəfə olaraq, "Bakı Ekspo" sərgi mərkəzində Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi və fəal iştirakı ilə ətraf mühitin mühafizəsinə həsr olunmuş "Xəzər: ətraf mühit üçün texnologiyalar" ("CTE-2011") beynəlxalq sərgisi keçirilib.

Ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən rasional istifadə sahəsində innovasiyalı təkmilləşdirmələri kompleks şəkildə təqdim edəcən sərgi ekologiya və ətraf mühitin mühafizəsi üzrə Xəzəryanı və Qafqaz regionlarında keçirilən ən böyük tədbir idi. Sonralar  müntəzəm xarakter almış sərginin təşkilatçılığı Böyük Britaniyanın "ITE Group plc" şirkəti və onun Qafqazdakı tərəfdaşı "Iteca Caspian" şirkətinə həvalə olunub.

Bu sərgilərin keçirilməsinin məqsədi ölkədə ekoloji təhlükəsizliyin təmin edilməsi üzrə dövlət proqramının həyata keçirilməsinə dəstək göstərmək, təbii sərvətlərin qorunub saxlanmasına və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə kömək edəcək innovasiyalı avadanlıq və texnologiyaları Azərbaycanda təşviq və tətbiq etməkdir.

Hazırda Azərbaycan ətraf mühitin mühafizəsi üzrə ölkə üçün aktual olan bütün beynəlxalq konvensiyalara qoşulub. Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzdində xüsusi İctimai Ekoloji Şura yaradılıb. Ölkə rəhbərliyinin ekologiya ilə bağlı məsələlərə daim diqqət yetirməsi və 2010-cu ilin ölkədə "Ekologiya ili" elan edilməsi ətraf mühitin yaxşılaşdırılması istiqamətində aparılan işlərə güclü təkan verdi. Belə ki, bu sahədə uğurla həyata keçirilmiş irimiqyaslı layihələr indi də davam etdirilir.

Bu mövzunun aktuallığı və qabaqcıl dünya təcrübəsindən yararlanaraq onu tullantıların emalı və təkrar istifadəsi, su təmizləmə və alternativ enerji sahəsində mümkün qədər geniş tətbiq etmək zərurəti "CTE" sərgisinin keçirilməsi üçün zəmin yaradıb.

"СТE" beynəlxalq sərgisi ekoloji təmiz texnologiyalar bazarının Azərbaycan və dünya üzrə aparıcı iştirakçılarını, alimləri, dövlət orqanlarının nümayəndələrini, habelə ekologiya, utilizasiya və təmizləmə sahəsində məhsul və xidmətlər təklif edən şirkətləri hər il bir yerə toplayır. Sərgi çərçivəsində təbii sərvətlərdən və bərpa olunan külək, su və torpaq enerjisindən səmərəli istifadə sahəsində ən son təkmilləşdirmələr təqdim edilir və ən müasir alternativ energetika avadanlıqlarının nümunələri nümayiş etdirilir,  milyonlarla insanın diqqəti ətraf mühitin mühafizəsi ilə bağlı problemlərə və onların həlli yollarına yönəldilir.

Sərgi iştirakçıları arasında Azərbaycan, İsrail, Fransa, Moldova, ABŞ, Türkiyə, Çexiya və digər ölkələrdən  daimi iştirakçı şirkətlər var. Təbii sərvətlər və alternativ və bərpa olunan enerji mənbələrindən səmərəli istifadə və suların təmizlənməsi üzrə aparıcı ekologiya şirkətlərinin təklif və layihələri sərgi ziyarətçiləri tərfindən maraqla qarşılanır. Misal üçün, ARDNŞ və BP Azərbaycanda neft və qaz yataqlarının çoxillik istismarının nəticələrinin aradan qaldırılması istiqamətində bir sıra irimiqyaslı ekoloji layihələr həyata keçirirlər. Belə ki, əvvəllər neftin açıq üsulla hasil edilməsi aşağı səviyyəli texnologiyaların torpaqları çirkləndirməsi ilə nəticələnib. Hazırda bu şirkətlər karbohidrogenlərin hasilatı və emalı nəticəsində ekologiyaya vurulan ziyanı azaltmağa çalışırlar.

Təmizləmə qurğularının quraşdırılmasına, neft və qaz hasilatı idarələrinin istismar etdikləri mədən ərazilərində neftlə çirklənmiş torpaqların təmizlənməsinə və yaşıllaşdırılmasına böyük həcmdə vəsaitlər ayrılır, ekoloji layihələr həyata keçirilir.

Ətraf mühitin mühafizəsi sahəsində əldə olunan nailiyyətləri nümayiş etdirməklə yanaşı, ekoloji məsələlər xüsusunda regional və beynəlxalq ictimai təşkilatlar və hökumət qurumları ilə beynəlxalq əməkdaşlığın genişləndirilməsinə, habelə enerjiyə qənaət və alternativ enerji mənbələrinin tətbiqi sahəsində təcrübə mübadiləsinin aparılmasına hər zaman ehtiyac var.Bu mənada ölkəmizdə keçirilən beynəlxalq səviyyəli tədbirlər təcrübə toplamaq baxımından Azərbaycan üçün çox faydalıdır.

İlhamə Loğman

Son xəbərlər
Bütün xəbərlər »