Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bill Qeyts qatil-milçəklərin yaradılmasına pul yatırdı

“Microsoft” şirkətinin yaradıcısı, dünyanın varlı şəxslərindən biri olan Bill Qeyts geni dəyişdirilmiş qatil-milçəklərin yaradılması layihəsi üçün dörd milyon dollar ayırıb.

Oxu.Az xəbər verir ki, bununla bağlı “New York Post” məlumat verib.

Bu həşəratlar digər milçəkləri öldürməli, insanlar üçün təhlükəsiz və erkək cinsindən olmalıdır. İnsanları yalnız dişi milçəklər dişləyir. Cütləşdikdən sonra həmin həşəratlar öləcəklər.

Qatil-milçəklər hər il dünyada milyonlarla insanın ölümünə səbəb olan malyariya ilə mübarizədə yardımçı olacaq.

Layihə Zika virusu ilə mübarizə üçün geni dəyişdirilmiş milçəklər hazırlayan “Oxitec” şirkəti tərəfindən reallaşdırılacaq.

Son xəbərlər
Bütün xəbərlər »