Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlı rejissor ruhi dispanserə yerləşdirilib
Azərbaycanlı rejissor ruhi dispanserə yerləşdirilib
Rejissor-aktyor Ədalət Ziyadxanov ruhi xəstəxanaya yerləşdirilib.

Kulis.az-ın verdiyi məlumata görə, uzun müddət Mədəniyyət və İncəsənət Universitetində sənətşünaslıq fakültəsində dərs deyən müəllimin yaddaşında problemlər yaranıb.

O, artıq heç kimi tanımır. Yalnız otuz il əvvəli xatırlayır. Həkim evdə qalmasına icazə vermir. Evdə qalması özü və ailəsi üçün həyati təhlükəlidir.

Qazı açıq qoya bilər, kibritlə evi yandırar...

Ədalət müəllimin vəziyyəti getdikcə ağırlaşır. Ürəyində də problem var.

O, Mədəniyyət və İncəsənət Universitetində sənətşünaslıq fakültəsində “ədəbi yaradıcılıq” ixtisası üzrə dərs deyirdi. Tələbələri onu çox sevirdilər. Bu gün də ən çox ziyarətinə gələn tələbələridir.

Tələbələrinin dediyinə görə, ailəsi əvvəllər onun ruhi xəstəxanada yatdığını gizlədirmiş. İstəmirlərmiş harada olduğunu bilsinlər. Jurnalistika ilə məşğul olan tələbələr onu axtarıb tapıblar və bir qrup sevimli tələbəsi onun görüşünə gedib. Heç birini yadına sala bilməyib. Tələbələr onlara qoyduğu ayamaları xatırladıblar. Yenə xatırlamayıb. Ancaq sevdiyi mahnıları telefonda səsləndirəndə nələrisə xatırlayıb və ağlayıb. Telefona işarə edərək “onu söndürün” deyib.

Haqsızlıqlara dözmürdü. Haqqı tapdanan tələbələrə görə dekanlarla, prorektorla mübahisə edirdi. Axırıncı dəfə savaşdığı üçün içməyini bəhanə edərək işdən çıxarıblar. Bundan sonra daha da çox içməyə başlayıb. Az keçməmiş infarkt keçirib.

Həkimlər içsən, yaddaşını tamam itirəcəksən deyirdilər, amma vecinə almırdı. Belə ağır günündə onun ən yaxın dostu olan “Çarli” adlı iti də ölür. Bu onu ikiqat depressiyaya salır. Halbuki institutdan çıxandan sonra mehrini ona salmışdı, hər səhər gəzməyə çıxarır, onunla söhbət edirdi.

İki övladı var - bir qız, bir oğlu. Qızı uşaq həkimidir. Uzun müddət Səudiyyə Ərəbistanının Kral xəstəxanasında işləyib. Sonra qayıdıb, ailə qurub. Ədalət müəllim nəvəsini xatırlamır. Oğlu özəl şirkətdə işləyir. Namaz əhlidir. Həkim qadağa qoyanda atasını aparıb məsciddə, and içdirib ki, içkini tərgitsin. O, and içib, ancaq özü ilə bacarmayıb. Buna görə oğlu ondan küsüb və hələ də bağışlamayıb. Ancaq maddi baxımdan anasına kömək edir, xəstəxana xərclərini ödəyir.

Qızı vaxtaşırı atasını ziyarət edir. Həyat yoldaşı Solmaz xanım hər həftənin şənbə günü saat 10-dan 14-ə kimi ərinin yanındadır. O, şəhərdəki evini satıb, Maştağadan ev alıb ki, xəstəxanaya gedib-gəlmək asan olsun. Başqa qohumları da arabir gəlirlər. İş yerindən, teatrlardan heç kim ziyarətinə getmir.

Ədalət Ziyadxanov 1946-cı ildə Bakıda – “Kubinka”da doğulub. Xəstələnənə qədər Bakı Bələdiyyə Teatrında rejissor kimi çalışıb. Əvvəllər Şəki və Ağdam teatrlarında, Musiqili Komediya Teatrında işləyib. Bir müddət “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor üçün teatr studiyasında çalışıb.

Səhnələşdirdiyi Aqşin Babayevin “Oğul” əsəri “Dərviş” mükafatına layiq görülüb. Tamaşalarının çoxu Azərbaycan televiziyasının qızıl fondundadır.

Paylaş »
››› “Əgər Ermənistan bizə dəhliz vermirsə, o zaman biz də Laçın dəhlizini nəzarətə götürməliyik”
››› Boşanmanın qadağan olunduğu ölkə: Cütlüklərin yarısı evlənmir
››› Azərbaycanın peyvənd pasportu Türkiyədə qəbul olunmadı
››› Yur dövrünün qayıdışı reallığa çevrilir: Mamontları canlı şəkildə görə bilərik
››› İcra başçısının bacısı oğlu həbsdən buraxıldı
››› TƏBİB-in "gizli" dərman paketi
››› "Prostat xəçənginin yaranma səbəbləri daha ağrılıdır"
Son xəbərlər
Bütün xəbərlər »