Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gübrədən zəhərlənmə faktları - Daha çox məhsul, yoxsa insan sağlamlığı?
İfrata varanda ən sadə maddı də ziyan vura bilər. dahi Nizaminin təbiriylə desək artıq içiləndə dərd verir su da.Bu mənada gübrələrdən istifadə də xüsusi yanaşma tələb edir.

Bitkinin ideal inkişafı istilik, nəm, günəş işığı, torpağın fiziki, bioloji və kimyəvi xüsusiyyətləri ilə bağlıdır. Hava və iqlim kimi ekoloji faktorlarla yanaşı torpak pH-ı, havalanma xüsusiyyətləri, maddələr nisbəti, torpağın bioloji quruluşu, qida elemetlərinin tarazlığı bitkinin torpaqdakı qida elementlərindən faydalanma vəziyyətini təyin edən faktorlardır. Bu faktorlar bitkinin inkişafı baxımından gübrələmə qədər dəyərlidir və öncədən nəzərə alınmaları vacibdir.

Bitkilər karbon, hidrogen və oksigeni hava və sudan, digər bütün qida elementlərini isə torpaqdan təmin edir. Bitkinin ən çox ehtiyacı olan qida maddələri kalsiyum, azot, fosfor, maqneziyum, kalium və kükürtdür. Bu elemetlər hər hektara 11,2 kq-dan 440 kq-dək verilməlidir. Bitkinin ən az ehtiyac duyduğu elemetlər isə bor, xlorid, mis, dəmir, manqan, molibden və sinkdir. Bunlardan molibden hər hektara 15 qr, dəmir və manqan isə 700 qr verilməlidir.

Bitkidə qida çatışmazlığı və əlamətləri özünü bu şəkildə göstərir:

Azot çatışmazlığı: Bitkinin inkişafına mane olur, rəngi saralır. Yarpağ ucları bitkinin altındakı yarpaqlardan başlayaraq qırmızımtıl qəhyəyi rəngdə olur.

Fosfor çatışmazlığı: Kökün inkişafına mane olur, saplar uzanır, bitkinin yetkinləşməsi gecikir. Bitkinin rəngi göyərir.

Kalium çatışmazlığı: Yarpaq ucları qovrulur, saralır, saplar zəifləyir. İçərdəklər quruyub büzülür.

Kalsiyum çatışmazlığı: Yarpaq ucları darax kimi parçalanır. Çiçəklər tam açmamış ləçəklərini tökür.

Maqneziyum çatışmazlığı: Yarpaqlar incə və kövrək olurlar, uclarında və damar aralarındakı bölgədə rənglərini itirir, açıq yaşıl rəng alırlar.

Kükürt çatışmazlığı: Bitkinin alt hissəsindəki yarpaqlar saralır, köklər və saplaqların ölçüləri kiçilir.

Bor çatışmazlığı: Tumurcuqlar açıq yaşıl rəngdə olur. Köklərdə tünd ləkələr əmələ gəlir. Saplaqlar çatlayır.

Mis çatışmazlığı: Bitkinin rəngi ağarır. Sitrus meyvələri qırmızımtıl qəhvə rəngdə olur və anormal şəkildə böyüyür.

Dəmir çatışmazlığı: Yarpaqlar saralır, ancaq damarları yaşıl qalır. Yarpaqlar yuxarı tərəf qıvrılır.

Manqan çatışmazlığı: Yarpaqlarda ölü toxumalar görsənir, yarpağa nahamar bir görünüş verir.

Sink çatışmazlığı: Yarpaqlar kiçilir, Yarpaqlarda xallar əmələ gələ bilir. Tumurcuq inkişafı zəifləyir.

Bu gün ölkəmizdə meyvəçilik də inkişaf etməkdədir. Bəs dünya bazarlarında rəqabətə davamlı, bol və sağlam məhsul yetişdirmək üçün nələr etmək olar. Öz bağlarında məhsul yetişdirən insanlar meyvələrin qorunmasında dədə baba qaydalrından istifadə edərdilər. Məsələn Aran rayonlarında meyvə bağlarını zərərverici həşəratlardan qorumaq üçün ocaq qalayıb üstünə nəm ot atardılar.Ocağın tüstüsü zərərvericiləri uzaqlaşdırardı.Nar meycələri hələ yetişmədən onun tacını palçıqla doldurmaqla içərisinə zərərvericilərin girməsinin qarşısı alınardı. Bağban Əli Əkrəmovun dediyinə görə,

ağacların əkilməsində iki əsas amil mühüm rol oynayır. Bunlardan biri torpağın münbitliyidirsə, digəri suvarma sularından səmərəli istifadə olunmasıdır. “İstənilən növ əkinin aparılmasında əsas rol oynayan torpaqdır. Buna görə də ağac əkinindən əvvəl aqronomiya elminin də tələbləri əsasında torpaq sahələrinin seçilməsinə diqqət etmək lazımdır. İstər iqtisadi baxımdan fayda verəcək meyvə ağacları, istərsə də yaşıllıq, gözəllik baxımından olsun, istənilən ağac və ya gül kolu əkilərkən ərazinin yararlılığına, həmçinin ətrafdakı bitkilər aləminin növ tərkibinə diqqət etmək lazımdır. Məsələn, ərazidə cır meyvə ağacının bitməsi həmin yerdə bağ salmaq üçün əlverişli torpaq və münasib ekoloji şərait olduğunu göstərir. Ağac əkinində məhsuldar, qida maddələri ilə zəngin, rütubət tutumu yüksək olan, eyni zamanda hava və suyu normal keçirən torpaqlar daha münbit torpaqlar hesab olunur. Minbir zəhmət hesabına həyata keçirilən tədbirlərin nəticəsidir ki, hətta kənd təsərrüfatına az yararlı, qeyri-münbit torpaq sahələri belə, əkin dövriyyəsinə daxil edilərək ekoloji tarazlığın qorunub saxlanması təmin edilir.

Yaşıllıq sahələrinin yaradılmasında digər əsas iş əkinlərin suvarılmasıdır ki, bu da bitkilərin inkişafında mühüm rol oynayan amillərdən biridir. İnkarolunmaz həqiqətdir ki, əkilmiş bitkilərə yalnız yüksək səviyyədə qulluq göstərməklə müsbət nəticə əldə etmək olar.”.

Mütəxəssilərin fikrinə görə, hansı torpaq tipi olur-olsun, ağaca verilən su torpağı 1-1,5 metr dərinlikdə islatmalıdır. “Təsəvvür edək ki, tələb olunan təlimatlara uyğun ağac əkmişik, bütün aqrotexniki qulluq qaydasında aparılır, ancaq ağacın yuxarı hissələrində budaqların quruması hallarına rast gəlinir və bu, getdikcə yayılır. Bu vaxt hansı tədbirlərin və bu tədbirlərin necə həyata keçirilməsi zəruridir?Əvvəlcə qeyd edək ki, çətiri formalaşmamış, tam qol-budaq əmələ gətirməyən birillik və ya ikiillik ting¬lərin gövdə ətrafına hər bir ting üçün azı 5 kiloqram küləş, yaxud quru ot dağıdılaraq bir bel boyu bellənərək mulçalama aparmaq lazımdır. Artıq bir neçə ildir ki, respublikamızda əksər əkin sahələri damcı üsulu ilə suvarılır. Bu üsulla suvarılma bizim regionun iqliminə uyğun olub, ən əlverişli suvarma üsuludur: ağacın kökləri daim nəm torpaqda qalır və bu, bitkinin isti hava şəraitində dözümlülüyünü artırır. Ancaq nəzərə alaq ki, bəzən bütün ağacları damcı üsulu ilə suvarmaq imkanı olmur. Əgər ağacın dibində bu cür rütubət yaratmaq mümkün deyilsə, bitkinin kök boğazından torpağa dəyən hissəsinə qədər süni örtük yaradılması daha məqbul hesab olunur. Bu örtük polietilen plyonka və digər sintetik materiallardan ibarət ola bilər. Örtüklər yaradıldıqda suvarma zamanı su örtük altından bitkilərə verilir. Günəş istiliyindən buxarlanma zamanı buxar şeh damlasına çevrilərək yenidən torpağa düşür. Beləliklə, gövdə ətrafında rütubət balansı qismən də olsa, nizamlanır. Çoxumuz bilirik ki, hər suvarmadan sonra ağacın dibindəki torpaq qatında çatlar əmələ gəlir. Yaxşı olar ki, hər suvarmadan sonra ağacların gövdə ətrafı üzdən bellənilərək əmələ gələn çatlar və qaysaq təbəqəsi dağıdılsın. Tədbir başa çatdırılan andan torpağın üzərinə çürümüş üzvi gübrə və ya nazik təbəqə halında quru torpaqla qum qarışığı verilsin.

Bəzən sahələrdə axar su ehtiyatı olmadığı üçün ağaclar su çəni olan maşınlarla suvarılır. Əgər gətirilən su kəhrizlər və ya bulaqlardan, subartezian quyularından sərin halda tədarük olunursa, ağaca verməzdən əvvəl ən az 2 saat Günəş altında saxlanılıb ilıq hala gətirilməlidir. Bundan əlavə, suvarma sularından görkəmini dəyişən ağaclarda xəstəlik və zərərvericilərə qarşı kimyəvi mübarizə aparılması yolverilməzdir. Ağacların isti yay günlərində budanılaraq onlara forma verilməsi, gövdə ətrafında əmələ gələn əlavə budaqcıqları qoparıb zədələmək qətiyyən olmaz.”

Qara heriyin əsas rolu bağın torpağın alaq otlarından təmizləmək, torpaqda rütubəti saxlamaq, aerasiya prosesini yaxşılaşdırmaqdan ibarətdir.

Cərgəaralarının torpağı qara herik altında saxladıqda oktyabr, noyabr aylarında başlayaraq sahə şumlanır. Şumun dərinliyi kök sisteminin yerləşmə dərinliyindən asılı olaraq çəyirdəkli meyvə bağlarında isə 15-18 sm-dən artıq olmamalıdır.

Şumlama ilə bir vaxtda gövdəətrafının torpağı meyvə ağaclarında gövdədən yanlara doğru 8-12 sm dərinlikdə bellənməlidir.

İntensiv bağlarda cərgəaralarının uzun müddət qara herik altında saxlanması torpağın strukturunun pozulmasına səbəb olur. Ona görə də suvarılan və rütubətlə yaxşı təmin olunan intensiv meyvə bağlarında tinglər bağa əkildikdən sonra cərgəarası torpaq 3-4 il qara herik altında saxlanılmalıdır. Qara herikdən sonra 1-2 il sideral bitkilər əkilməli və təbii çəmənliklə növbələşdirilməlidir. Sonra 4-5 ildən bir cərgəaralarında qara heriklə təbii çəmənliyin yerləri dəyişdirilməlidir.

Torpağın münbitliyini artırmaq və ağacları qida maddələri ilə təmin etmək üçün hər il payızda (oktyabr və noyabr) gövdə ətrafının torpağı gübrələnib bellənir.

Qara herik altında olan cavan bağlara hektara 20 ton peyin, təsiredici maddə hesabı ilə 120-180 kq azot, 120-180 kq fosfor, 60-90 kq kalium verilməlidir.

Meyvə ağaclarının gövdəətrafı zolaqları frezlərlə yumşaldılır və ya gövdədən yanlara doğru 8-10 sm dərinlikdə bellənir. Çətirlərdən kənara bellənmənin dərinliyi 12-15 sm-ə çatdırılır. Rütubəti saxlamaq məqsədilə yazın əvvəlində ağacın gövdəətrafı torpağı yumşaldılır.

Suvarılan rayonlarda hər suvarmadan sonra, dəmyə rayonlarda isə yağışdan sonra torpaq səthinə kultivator çəkilir. Vegetasiya müddətində torpağı azı 4-5 dəfə 6-8 sm dərinlikdə yumşaltmaq lazımdır.

Taxılçılıq təsərrüfatı bütün kənd təsərrüfatının əsasını təşkil edir. Belə ki, taxıl əsas ərzaq məhsulu olmaqla yanaşı, həm də heyvandarlıq və quşçuluq üçün yemdir. Bu baxımdan ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təminatında əsas strateji sahə olan taxılçılığın inkişafı daim diqqət mərkəzində olmalıdır.

Aqrar elmin qarşısında duran əsas məsələ vahid əkin sahəsindən daha yüksək miqdarda dən istehsal etməklə əhalinin taxıl və taxıl məhsullarına olan təlabatının tam ödənilməsindən ibarət olmalıdır. Taxılların becərilmə texnologiyasında onlara edilən qulluq işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi əsas və həlledici amillərdən biridir.

Payızlıq taxılların böyüyüb inkişaf etməsinə və məhsuldarlığına təsir edən amillər əsasən 2 qrupa bölünür ki,buraya nizamlanmayan və nizamlanan amillər daxildir.

Nizamlanmayan amillər ( illik yağmurların miqdarı, günəş radiasiyası, illik fəal temperaturların cəmi və s.) əsasən təbii amilləri əhatə etməklə birbaşa idarə olunmağa və nəzarətə tebe olmurlar. Respublikamız şəraitində bu amillərin çoxu kifayət miqdarda və yaxud artıqlaması ilə mövcud olmaqla payızlıq taxılların məhsuldarlığını məhdudlaşdırmırlar. Respublikamızda mövcud olan belə əlverişli təbii iqlim şəraiti payızlıq taxıllardan daha yüksək ( 70-80 s/ha) dən məhsulu almağa imkan verir.

Yüksək dən məhsulunun formalaşmasına nizamlanan ( suvarma, yemləmə gübrələrinin verilməsi, alaqlarla mübarizə, yaşıl malanın çəkilməsi, xəstəlik və zərərvericilərlə mübarizə aparılması və s.) amilləri yüksək aqrotexniki səviyyədə idarə etməklə nail olmaq olar.Beləliklə nə insana , nə də təbiətə zərər dəyməz. Bol məhsul əldə edilər, yediyimiz qida məhsulları da canımıza dərd yox, dəva olar.

İlhamə Loğman

Son xəbərlər
Bütün xəbərlər »