Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nəsli kəsilən hər canlı insan nəslinin də məhvi deməkdir
Hər bir canlı təbiətin möcüzəsidir. Bəlkə də uzun illər gözümüz sərçələri, qarğaları , qoyunları görməyə alışdığından biz onlara qeyri- adi canlılar kimi baxmırıq. Amma elmi proqramlarda, ekzotik canlılardan bəhs edən verilişlərdə dəniz altında, uzaq uzaq cəngəlliklərdə yaşayan qeyri- adi canlıları görüncə heyrətlənir, nələr olur bu dünyada deyirik. Çox təəəssüf olsun ki, iqlim dəyişiklikləri, yaşam ərazilərinin artması, qanunsuz ovlanma və meşə yanğınları bütün bunlar bioaləmin ciddi şəkildə dəyişməsinə gətirib çıxarıb. Bir çox alışıq olduğumuz və olmadığımız canlıların kökü kəsilmək üzrədir.

Alman alimi Mixail Zukkov ölkəmizin təbiəti haqqında belə deyib: "Fərəhlə deyə bilərəm ki, sizin ölkə (Azərbaycan - red.) vəhşi heyvanların və bitkilərin növlərinə görə bütün Avropada birinci yerdə dayanır. Sizdə təkcə qartalın 9 növünü görmüşəm. Amma Almaniyada, təəssüflər olsun ki, bircə növünü tanıyırıq”. Ölkəmizdə həm köçəri, həm də oturaq quşlar yaşayır. Azərbaycan çox əlverişli coğrafi qurşaqda yerləşdiyi üçün müxtəlif regionlara miqrasiya edən quşlar ölkəmizin ərazisindən keçir və çox vaxt əlverişli şərait onların burada qışlamasına və hətta daimi məskunlaşmasına səbəb olur.

Avropanın ən məşhur quş oylaqlarından olan Qızılağac Dövlət Təbiət Qoruğundan salaq. Bəri başdan deyək ki, su quşlarının ən geniş yayıldığı ərazi Qızılağac qoruğudur. Ovçularımızın haqlı-haqsız can atdığı bu gözəl təbiət möcüzəsi taleyin xalqımıza uzatdığı, bəlkə də, ən böyük səxavət əlidir. Müxtəlif ov quşlarına, digər quşlara burada rast gəlinir. Qazlar, ördəklər, cüllütlər, turaclar, bildirçinlər, su fərələri, göyərçinlər, qaşqaldaqlar, flaminqolar... ovçuların daim hədəfindədir. Bu qoruğun beynəlxalq əhəmiyyətini nəzərə alaraq onun tarixinə qısa ekskursiya etsək, zənn edirəm, oxucularımızın ürəyindən olar. Bu ərazi təbiət yaranandan, bəlkə də, quşların hədəfində olub. Ancaq XX əsrin əvvəllərində Azərbaycanın ərazisində - Xəzər dənizinin cənub - şərq sahili istiqamətində su-bataqlıq quşlarının miqrasiyası müəyyən edilib. Qızılağac körfəzi miqrasiya edən quşların qışlaması üçün əvəzsiz yer olub. Əlverişli təbii şərait milyonlarla quşun qışlamasına yuvalayıb bala verməsinə, çoxalmasına səbəb olurdu. Çünki bu ərazidə quşları qane edəcək hər şey təbii şəkildə mövcud idi. Qidalanma, çoxalma hətta dincəlib istirahət etmək üçün digər imkanlar da var idi. Zəngin təbii landşaft və iqlim uyarlığı dünyanın min bir yerindən xüsusən Uraldan, Sibirdən, Avropadan.. bura gələn quşların yaşayıb çoxalmasına səbəb olurdu. Bunu nəzərə alaraq çar Rusiyası 1913-1914-cü illərdə Qızılağac körfəzini xüsusi mühafizə olunan ərazi kimi qorumağa göstəriş verdi. 1926-cı ildə qoruğa yasaqlıq statusu verildi. Həmin ərazidə ovçuluğa qadağa qoyuldu. 1929-cu ildə isə qoruq statusunu aldı. 1937-ci ildə Qızılağac körfəzi ətraf sahil zolağı ilə birlikdə qoruq elan edildi. Qoruqda əvvəl flora və fauna qorunmağa başlandı. Sonralar isə elmi - tədqiqat işlərinin aparılmasına diqqət yetirildi. Bura dünyanın tanınmış alimləri, ornitoloqlar, ixtioloqlar və hidroloqlar dəvət olundu. Müstəqil Azərbaycanımız belə nadir bir güşəni qorumaq, artırmaq, zənginləşdirmək məqsədiylə dövlət dəstəyini artırdı. Qoruğun ərazisi genişləndirilib, mühafizəsi möhkəmləndirilmiş, quşların balalaması və yem ehtiyacları üçün hər cür şərait yaradılıb. 90 min hektardan artıq bir ərazini əhatə edən bu qoruq müxtəlif təbii landşaft sahələrindən ibarətdir. 62 min hektarını su akvatoriyası, 18 min hektarını cəngəlliklər, qalanını isə quru sahələr təşkil edir. Təsəvvür edin ki, keçmiş SSRİ ərazisindəki 26 quş dəstəsinin 22-si, 760 quş növünün 270-i burada məskunlaşıb. Azərbaycan ərazisində olan bütün su quşlarının hamısına burada rast gəlmək olur. Bu quşların 20 növündən çoxu "Qırmızı Kitab"a daxil edilib. Qızılağac qoruğunun əhəmiyyətindən çox yazılıb, çox deyilib. Dövlətimiz qoruğa böyük qayğı göstərir

Ənənəvisafarilərheyvanları nəslikəsilməktəhlükəsiilə üz-üzə qoyduğu üçünsondövrlərdə təşkilatçılarovməqsədliturlardanimtinaedərəksırffotosafarilərə istiqamətləniblər. Fotosafariləri bədii dillə "sakit ov” da adlandırırlar. Azərbaycanda da fotosafari turlarının həyata keçirilməsi üçün geniş imkanlar var. Ölkəmizin müxtəlif guşələrində xüsusi mühafizə olunan təbiət əraziləri - milli parklar, qoruqlar xarici turistlərin belə turlara cəlb edilməsində mühüm rol oynaya bilər.

Azərbaycanda elmi əsaslarla ov ekologiyasının yaranması, vəhşi populyasiyada olan heyvan növlərinin Azərbaycan təbiətinə adaptasiyası məqsədilə 2014-cü ildə yaradılan "Azər Ekov” MMC qısa müddətdə bu istiqamətdə zəruri olan işləri görməyə başlayıb. "Azər Ekov” MMC ilk olaraq vəhşi dırnaqlılar və maral fermerlərinin Beynəlxalq Assosiasiyasına - IDUBA-ya üzv olub. Bununla da "Azər Ekov” MMC bu assosiasiyanın Cənubi Qafqazda təmsilçilik hüququnu əldə edib və bu quruma Ermənistanın üzv olmasının qarşısını alıb. IDUBA-nın təşkil etdiyi görüşlər sayəsində üzvlər müəyyən vaxt ərzində yığıncaqlar təşkil edib heyvan yetişdirilməsi, ovların təşkili, buynuz ticarəti, yem və yem əlavələrinin istehsalı və s. ilə bağlı fikirlərini bölüşürlər. Bu assosiasiyanın tədbirlərində bərabərhüquqlu üzv kimi iştirak edərkən "Azər Ekov” MMC qarşısına beynəlxalq təcrübəni mənimsəmək, xarici mütəxəssislərin Azərbaycan təbiətinə marağını cəlb etmək kimi hədəflər qoyub.

Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”dəki tapşırıqlara uyğun olaraq vəhşi heyvanlar üçün ekoloji qoruğun yaradılması məqsədilə Şamaxı rayonunun ərazisində olan Pirqulu adlanan dağ-meşə sahəsində 620 hektar ərazinin hüdudları içərisində 480 hektar ərazi beynəlxalq standartlara uyğun formada çəpərlənib. Latviya, Polşa, Slovakiya, Çexiya və Macarıstan təsərrüfatlarından üç növdən ibarət 420 baş nəcib maral, lan və muflon adlı genetik qiymətli heyvanın gətirilərək xüsusi mühafizə olunan əraziyə buraxılması təmin edilib. Görülən seleksiya və baytarlıq tədbirləri nəticəsində bu heyvanların sayı iki dəfəyə yaxın artıb. Belə ki, hazırda pakda 790 heyvan, o cümlədən 260 baş nəcib maral, 250 baş muflon və maral cinsinə daxil olan 280 baş lan var.

Azərbaycan biomüxtəlifliyi "terrora" məruz qalan əsas ölkələrdən biridir/Ermənistan respublikası ərazimizin 20 faizini tutmaqla, tək Azərbaycanın deyil, Qafqazın ən unikal sahələrindən biri olan Kiçik Qafqazın fauna və flora sistemini tamamilə dağıdıb. İşğal olunmuş ərazilərdə kütləvi şəkildə baş verən yanğınlar, buradakı biomüxtəlifliyin bugünki vəziyyəti çoxdan həyacan siqnalı verməyə əsas verir: "Ermənistanı bu istiqamətdə də təcavüzkar ölkə kimi tanıtmaq, problemi bütün dünyada ictimailəşdirmək əvəzinə, hətta onu müdafiə edən ölkələr var. Şuşa, Kəlbəcər, Laçın ərazisində o qədər gözəl təbiət var idi ki, təəssüf ki, artıq öz biomüxtəlifliyini itirib. Onların bərpasının mümkün olub-olmayacağı şübhə altındadır. Buna uzun illər və həddən artıq çox vəsait tələb olunur. Ona görə də Azərbaycan ərazisində biomüxtəlifliyin qorunması və onun gələcək taleyi çox ciddi sual altındadır. Digər ərazilərimizdə də antropogen təsirlər biomüxtəlifliyin pozulamasına və əvvəlki ana landşaftı səviyyəsində qalmasına problemlər yaradır. Nəticədə digər landşaftlar əmələ gəlir ki, bu da təbii biomüxtəlifliyin pozulamsı hesabına baş verir. Bu məsələlər ciddi şəkildə ortaya qoyulmalıdr"

Dünyanın əksər ölkələrində yaranmış ekoloji problemlərin həll edilməsi üçün bir neçə yoldan istifadə edilir. Bu yolları 3 böyük qrupda birləşdirmək olar. Birinci qrupa müxtəlif təmizləyici qurğuların tikilməsi, zibillərin məhv edilməsi və emalı, torpaqların rekultivasiyası aiddir. İkinci qrupa təbiəti qoruyan, prinsipcə yeni texnalogiyanın işlənib hazırlanması və tədbiq edilməsi, az tullantılı istehsal sahələrinə keçmək, alınan tullantıları emal etmək, dövriyəli su təchizatı sisteminə keçmək aiddir. İnsanların yaşadığı təbii mühitin qorunması, onların sağlamlığının mühafizəsi üçün çox çirkli istehsal sahələrinin düzgün yerləşdirilməsi lazımdır. Onların iri şəhərlərdən köçürülməsi, əhalinin çox cəmləşdiyi rayonlardan uzaqlaşdırılması zəruridir. Təsərrüfatın ən çirkli sahələrinə kimya, neft-kimya sənayesi, qara və əlvan metallurgiya, İESlər, tikinyi materialları aiddir. İqtisadi cəhətdən inkişaf etmiş ölkələr artıq çoxdan ətraf mühitin qorunmasına yönəldilən ekoloji siyasət həyata keçirir. Son vaxtlarda belə bir siyasət bəzi inkişaf etməkdə olan ölkələrdə (İEÖ) aparılır. Dünyanın ayrı-ayrı regionlarında təbiəti mühafizə sahəsində BMT tərəfindən də xeyli işlər görülür. Bu sahədə fəaliyyətin nizamlanması üçün təbii ehtiyatlardan səmərəli istifadə və ətraf mühitin qorunması üzrə təşkilat ( YUNEP)yaradılıb. Təbiəti mühafizə sahəsində "Təbiətin qorunması üzrə Ümumdünya Xartiyası" qəbul edilib. Bu sahədə görülən işlərin ən mühümü xüsusi qorunan təbii ərazilərdir. Azərbaycanda da bu sahədə xeyli işlər görülüb.

21ci yüzillik heyvanlar aləmi üçün ən itkili yüzillik olub desək yanılmarıq. Belə ki, insan fəaliyyəti nəticəsində 1970-ci ildən bəri dünyada mövcud olan heyvan növlərinin yarıdan çoxu məhv olub.

Dünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) 2016-ci ilə olan hesabatı göstərir ki, son 40 ildə məməlilər, quşlar, sürünənlər, suda-quruda yaşayanlar və balıqların sayı 58 faiz azalıb. Qeyd etmək gərəkdir ki, bu göstərici son iki ildə 6 faiz artıb - 2014-cü ilin hesabatında rəqəm yalnız 52 faiz azalmışdı. Fondun ekspertləri hesab edir ki, əgər azalma eyni sürətlə davam edərsə 2020-ci ilə heyvanlar aləminin 67 faizi yox olmuş olacaq.

Vəhşi heyvanların ümumi sayı bir insan ömrü ərzində yarıdan çox azalıb və lazımi tədbirlər görülməzsə planetin bu önəmli varlıqlarını gələcək nəsillərə gördüyümüz təkin çatdırmaq müşkülümüz olacaq.

Nəsli tükənməkdə olan heyvanlar siyahısına ən son daxil olan heyvanlardan biri də bal arısıdır.Nəzərə alsaq ki, arılar meyvə, tərəvəz və ümümumilikdə bitki artımında əsas rol oyanayır onda Albert Eynşteynin "Arıların nəslinin tükəndiyi təqdirdə insanların 4 il ömrü qalmış olacaq" fikri də həqiqət olacaq.

İlhamə Loğman

Son xəbərlər
Bütün xəbərlər »