Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gübrədən zəhərlənmə faktları – Daha çox məhsul yoxsa, insan sağlamlığı?
Son bir həftədə pambıq tarlalarında gübrədən zəhərlənmə faktları barədə xəbərlər yayılır.

Bu gün İmişlidə pambıq sahəsində kütləvi zəhərlənmə baş verib. Kənd təsərrüfatı naziri İnam Kərimov, baş prokurorun birinci müavini Rüstəm Usubov və digər rəsmi şəxslər hadisə yerində olublar.

Nazir İnam Kərimov bildirib ki, həm bu gün İmişlidə baş vermiş hadisə, həm də bundan əvvəl Saatlı və Tərtərdə pambıq sahəsində baş verənlərlə bağlı Baş Prokurorluq tərəfindən cinayət işi başlanıb, hadisənin əsl səbəbi araşdırılır: " Bu məsələ birbaşa cənab prezidentin nəzarətindədir. Hazırda Kənd Təsərrüfatı Nazirliyinin, Baş Prokurorluğun, Qida Təhlükəsizliyi Dövlət Agentliyinin, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri bu rayona ezam olunub.

Məsələyə münasibət bildirən kənd təsərrüfatı naziri qeyd edib ki, pambıq texniki bitkidir: " Pambığın ərsəyə gəlməsi üçün həşəratlara qarşı kimyəvi maddələrin tətbiqi qaçılmazdır, zəruridir. Amma burada özəl şirkətlərin də üzərinə ciddi öhdəlik düşür. Özəl şirkətlər və fermerlərin həm biçində, həm də qulluqda texniki təhlükəsizlik qaydalarına ciddi riayət etməklə bağlı məsuliyyəti var. Həmçinin, dərmanların keyfiyyəti ilə bağlı məsələ də araşdırılır. Biz istintaqın nəticələrini gözləməliyik. Ehtimala görə, bu hadisələr idxal olunan dərmanların keyfiyyəti və yaxud özəl şirkətlər tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmamasından baş verə bilər".

Pambıq sahələrində niyə zəhərli gübrələrdən istifadə edilməsinin, həmin dərmanların ölkəyə necə idxal olunmasının və ən əsası bunu kimlərinin etdiyinin araşdırılmasına ehtiyac var. Bizim Yol qəzetinin əldə etdiyi məlumata görə gübrədən zəhərlənmə faktları ona görə baş verib ki, 2012-ci ildə istifadə müddəti başa çatmış preparatları sahibkarlara bir qədər ucuz qiymmətə sataraq təsirə malik olması üçün bitkilərə ikiqat dozada verilməsi tövsiyə olunub. Nəticə isə göz qabağındadır. Bu hələ bizim bildiyimiz faktlardır. Əgər myvə tərəvəz üçün də eyni gübrələrdən istifadə olunubsa onun fəsadları özünü yəqin ki daha ğaır formada göstərəcək. Bu həm ətraf mühitə vurulan zərbədir, həm də insan sağlamlığına.

Bu sadəcə hüquqi məsələ deyil, həmçinin belə hallar gələcəkdə ənənəvi aqrar məhsulların istehsalına marağı azalda bilər.

Hazırda dünyanın, demək olar, heç bir ölkəsində pambıqçılıqda əl əməyindən istifadə edilmir.

Bizdə də pambıq yığımının texnolojiləşməsinə ehtiyac var. Bu baxımdan, ümid edirik ki, Kənd Təsərrüfatı Nazirliyinin yeni rəhbərliyi dəfələrlə gündəmə gətirdiyimiz innovativ istehsal strategiyası, elektron ixrac xəritəsi kimi müasir yanaşmalardan istifadə edəcək. Ümid edirik ki, son faktlar kənd təsərrüfatında idarəetmənin tamamilə yeniləşməsi üçün də bir əsas olacaq.Çünki söhbət bir başa insan həyatından gedir.

Kənd təsərrüfatı mütəxəssisi Şirin Əhmədovanın dediyinə görə, azot qalıqları orqanizmə toksiki təsir göstərir. Məhsulun daha tez yetişib artımlı olması üçün verilən gübrələr insanlarda zəhərlənmə hallarına gətirib çıxarır.

Mövsümlə əlaqədar ən çox zəhərlənmə halları qarpız və yemişdə olur. Hazırda bazarda alıcılara təklif olunan qarpız və yemiş məhsullarının hər biri gübrə ilə yetişdirildiyi bildirilir. Çünki iyun ayında bu məhsulların gübrəsiz yetişməsi onların geninə uyğun deyil. Yaxşı olar ki, hər şey vaxtında istifadə olunsun. Qarpız və yemişin qəbulu iyul-avqust aylarında təhlükəsizdir. Yəni gübrəsiz özləri yetişə bilərlər. Həmin vaxtı onların yeyilməsi məsləhətdir. Bazarda alıcılar üçün həm yerli, həm də xarici məhsullar təklif olunur. Xarici meyvə- tərəvəz görünüşcə cəlbedici olsa da, yerli məhsullarımız daha dadlı və daha sərfəlidir.Ən azından bilirik ki, bizim sahibkarlarımız çox və yersiz gübrələməyə üstünlük vermirlər. Xaricdən gələn məhsulların mənşəyi barəsində ümumiyyətlə məlumatımız yoxdur”.

Bizim alıcıların tələbatı əsasən xarici meyvələrdir.

“İnsanlar düşünməlidirlər ki, hansı torpağın havasını udurlarsa, o torpağın məhsulunu yeməlidirlər. Xəstəliyimizin 70%-ni elə xaricdən gələn məhsullar təşkil edir.Çalışırıq ki, mövsümə uyğun gübrə verilməyən meyvələrdən alaq. Uşaqların sağlamlığına görə, öz sağlamlığımıza görə".Bunu da həkim Süheyla Tağıyeva deyir.Vaxtından tez yetişən məhsullardan dadıb fəsadını görməmək üçün nəfsimizə hakim kəsilməyi məsləhət görürük”.

Kənd təsərrüfatı mütəxəssisi Ziyad Abbasovun fikrinə görə, fermerlər təbiətin özündən maksimum istifadə etməlidirlər. Gübrələrin vaxtında və düzgün verilməsinə xüsusi diqqət yetirmək lazımdır. Əgər hektardan 40-50 sentner məhsul götürmək istəyirlərsə, bu saat onlar azot gübrəsinə üstünlük verməlidirlər. Heç olmasa, hər hektara 100 kq

azot gübrəsi vermək lazımdır. Ancaq fermer bilməlidir ki, gübrə adı ilə istifadə etdiyi maddənin heç də hamısı gübrə deyil.Hər bir azot gübrəsinin üzərinə belə bir rəqəm yazılıb -34,4%. Yəni bu o deməkdir ki, 100 kq-nın içərisində 34,4 kq təsiredici maddə - azot var. Yerdə qalan 65%-i isə zərərsiz materiallardır. Bir şey də var ki, həmin gübrə standartlara uyğun gübrə olsa 34%-dir".Gübrələrin həddindən artıq istifadə olunması ziyandır. Unutmamaq lazımdır ki, məhsul gübrənin törəməsidir. Boy maddəsi kimi istifadə edilsə də, məhsul yığımından 15-20 gün qabaq gübrənin verilməsi dayandırılmalıdır. Əks halda zərərli nitratlar məhsulun tərkib hissəsinə çevrilə bilər. Mütəxəssis deyir ki, hər bir gübrənin öz xüsusiyyəti var. Belə ki, azot gübrəsi torpaqdan tezliklə yuyulub gedir. Əgər qarın üzərindən verilirsə, qar əridikdə su ilə birgə onun kökünə hopur və onu bitki götürə bilir. Fosfor, kalium gübrəsi isə torpaqdan yuyulmur. Lakin fermerlər bu gün belə hallara əhəmiyyət vermirlər. Mütəxəssis deyir ki, bütün bunları nəzərə almaqla maarifləndirmə işlərini genişləndirmək lazımdır.

Kənd təsərrüfatı bitkilərindən yüksək məhsul alınması intensiv əkinçiliyin qarşısında duran əsas məsələdir. Bu məsələnin həllində kənd təsərrüfatı bitkilərinin gübrələnməsi əsas amildir. Gübrələr mineral və üzvi (yerli) gübrə olmaqla iki yerə bölünür. Mineral gübrələr makro- və mikrogübrələrdən ibarətdirlər.

Mikrogübrələr tərkibində bitkilərin az miqdarda istifadə etdiyi bor, manqan, miss, molibden, sink, kobalt və s. kimi elementlər olan birləşmələrə deyilir. Mikroelementlər adından bəlli olduğu kimi bitkilərə az miqdarda lazım olsa da bitki həyatında onların böyük əhəmiyyəti vardır. Onlar bitki orqanizmmində gedən maddələr mübadiləsində çox mühüm rol oynayır. Makroelementlər bitkilərə gübrə formasında verilir ki, bunlar da azot, fosfor və kaliumdan ibarətdir.

Məlumdur ki, müasir dövrdə kənd təsərrüfatında istehsalın davamlı və dinamik inkişafı, torpaqların münbitliyinin qorunub saxlanması və yüksəldilməsi, bitkilərin məhsuldarlığının artırılması və keyfiyyətinin yaxşılaşdırılması üzvi və mineral gübrələrdən istifadə etmədən mümkün deyil.

Respublikamızda adambaşına 0,18 hektar əkin sahəsi düşür düşür ki, bu da dünyada orta göstəridən xeyli azdır. Bu qədər sahədən alınan məhsulla ölkə əhalisini taxılla, tərəvəzlə, heyvandarlıq məhsulları ilə və sənayeni xammalla təmin etmək lazımdır. Bu da əkinçiliyin intensivləşməsini, əkin sahəsindən məhsuldarlığının yüksəldilməsini tələb edir. Aqrokimya elminin banilərindən biri hesab edilən D. Pryanişnikov apardığı elmi-tədqiqat işlərinin nəticələri və dünya təcrübələrinin təhlilinə əsasən belə qərara gəlmişdir ki, məhsul gübrənin törəməsidir. Müəyyyən edilmişdir ki, 1 kq azot (təsiredici maddə hesabı ilə) verilmə dozasından asılı olaraq 12-15 kq payızlıq buğda dəni, 100-120 kq kartof, 10-12 kq xam pambıq məhsulu, 1k fosfor 7-8 kq buğda, 50-60 kq kartof, və 5-6 kq xam pambıq, 1kq kalium isə 3-4 kq buğda, 40-50 kq kartof, 2 kq xam pambıq məhsulunun artımına səbəb olur. Azot, fosfor və kalium gübrələri ayrılıqda deyil, birlikdə, həmdə müəyyən olunmuş nisbətdə torpağa verildikdə yüksək səmərə alınır.

Əsas qida maddələri kimi azot, fosfor və kalium bitkilərin həyatında çox böyük əhəmiyyətə malikdir.

Azot bitkinin yaşıl kütləsini daha çox artırmaqla onun kütləsinin çoxalmasına və boyunun uzanmasına yaxşı təsir göstərir. Eyni zamanda azot əsas qida maddəsi hesab olunan zülalın, amin turşularının və bir çox bioloji aktiv maddələrin tərkibinə daxildir.

Fosfor bitkinin bar orqanlarının əmələ gəlməsinə və inkişafına daha yaxşı təsir göstərməklə onun vegetasia müddətini azaldır. Fosfor təkcə məhsuldarlığı artırmır, o həmçinin şəkərli bitkilərin şəkərini, yağlı bitkilərin yağını, lifli bitkilərdə lif çıxımını artırmaqla məhsulun keyfiyyətini yüksəldir.

Bitkilərin kimyəvi tərkibinə kalium da təsir göstərir. Kalium bitkidə üzvi birləşmələrin tərkibinə daxil olmasa da, maddələr mübadiləsinə aktivləşdirici təsir göstərir. Kalium gübrəsi verdikdə bitkidə saxarozanın, yağların, nişastanın sintezini gücləndirir. bol məhsul əldə edilməsində fosforlu gübrələrin rolu böyükdür. Bir şərtlə ki, onun verilmə müddəti, basdırılma dərinliyi və dozası düzgün müəyyənləşdirilsin. mineral gübrələr bitkilər tərəfindən yalnız məhlul şəkilində olduqda mənimsənilir. Bunun üçün kifayət qədər nəmliyin olması vacibdir. Azot suvarma və yağış suları vasitəsi ilə aşağı qatlara , yəni əsas kök sisteminin inkişaf etdiyi qatlara yuyula bildiyi halda, fosfor və kalium gübrələrinin miqrasiya etmək qabiliyyəti zəifdir. Odur ki, belə gübrələr bitkilərin kök sisteminin yayıldığı əsas qatlara tökülməlidir. Xüsusi ilə az rütubətli zonalarda fosfor və kalium gübrələrinin basdırılma dərinliyi mühüm əhəmiyyətə malikdir. Quraq zonada torpağın üst qatı çox quruduqdan sonra həmin qatda bitkinin kökünün əmici telləri ya əmələ gəlmir, ya da tez tələf olaraq fosfor və kaliumdan istifadə edə bilmir.

Ən yaxşı üzvi gübrələrdən biri də biohumusdur. Biohumus dünya bazarında ən keyfiyyətli ekoloji təmiz gübrə hesab edilir.

Biohumusun tərkibində 16 % ümumi humus, 3.2 % ümumi azot, 2,2 % ümumi fosfor, 2 % ümümi kalium və digər zəruri makr-mikroelementlər vardır. Biohumus peyinə nisbətən daha üstün üzvi gübrə hesab edilir. Bioloji əhəmiyyətinə görə 1 ton biohumus 10-15 ton təzə peyinə bərabərdir”.( ardı var)

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »