Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səfər Əbiyevin müavini məhkəmədən bəraət istədi
Ali Məhkəmədə müdafiə nazirinin sabiq müavini Mehman Səlimov barəsindəki məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.

Bizimyol.info Unikal.org-a istinadən xəbər verir ki, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, şikayət təmin edilməyib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehman Səlimov 8 il azadlıqdan məhrum edilib. O, bəraət xahişi ilə hökmdən apellyasiya şikayəti versə də, müraciəti təmin olunmayıb. Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verilib.

M. Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham edilib.

Son xəbərlər
Bütün xəbərlər »