Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Poroşenko və komandasına ömürlük həbs çəzası verildi
Ukrayna xalq tribunalı Pyotr Poroşenko rejiminin cinayətlərini araşdıraraq onun xalqa qarşı divan tutması qərarına gəlib. Bu barədə Bizim yol.info Rambler nəşrinə istinadən məlumat verir.

Tribunal Ukrayna prezidentini və 7 prezident administrasiyası nümayəndəsini qiyabi surətdə ömürlük həbsə məhkum edib. Barələrində həbs qərarı verilən şəxslərin  əmlaklarının müsadirəsi barəsində də qərar verilib.

İttiham olunanlar arasında Ukrayna  daxili işlər naziri Arsen Avakov, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov, baş nazir Vladimir Qroysman, Baş Qərargah rəisi Viktor Mujenko, müdafiə naziri Stepan Poltorak, Ali Rada sədri Andrey Parubiy, keçmiş baş nazir Arseni Yasenyukun adı çəkilir.

Şahid qismində Donbas sakinlərinin iştirak etdiyi və 3 ay davam etmiş Xalq Tribunalı ittiham olunan şəxslərin Ukrayna Cinayət Məcəlləsinin 24 maddəsi üzrə təqsirli bilib. Adları çəkilən bütün şəxslər bir sıra cinayətlər törətməkdə, o cümlədən soyqırım, qanun və müharibə qaydalarının pozulması, terror aktlarının törədilməsində ittiham olunurlar. Bu barədə Bizim yol.info Rambler nəşrinə istinadən məlumat verir.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »