Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qadın aylar sonra sevgilisinin qız olduğunu öyrəndi - Fotolar
Çin sakini olan 40 yaşlı xanım, Vonq Ki sevgilisi ilə yarım il eyni evdə yaşadıqdan sonra onun qadın olduğunu anlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə məlumatı Mirror nəşri yayıb.

Yayılan məlumata görə ərindən ayrılan Vonq tezliklə Tsyan adlı bir gənc oğlanla tanış olub. Belə ki, gənc, yaraşıqlı oğlan özü onunla ünsiyyət qurub tanış olmaq istəyib. Yarım il görüşmələrinə baxmayaraq gənc oğlan cinsi yaxınlıqdan qaçaraq, romantik görüşlərə daha  çox üstünlük verib. Bu müddət ərzində o Vonqu öz valideynləri ilə də tanış edərək, bahalı turlarla səyahətə aparıb.

Nağıl sona çatdıqdan sonra, oğlan  birdən- birə yoxa çıxıb. Dedektiv tutub  sevgilisini axtaran Vonq onun qadın olduğunu eşidəndə heyrətə düşüb. Maraqlı məqam isə Vonqun öz qadın sevgilisnə bu müddət ərzində 250 000 dollar pul xərcləməsi olub.

Tsyanın isə gözəl görünüşündən istifadə edən qadın alfons olduğu üzə çıxıb.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »