Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nadir görülən qaranquş Gürcüstanda tapılıb - Foto
Gürcüstanın Qardabani rayonunun Krtsanisi kəndində nadir qaranquş tapılıb.

Bizimyol.İnfo APA-ya istinadən xəbər verir ki, kənd sakinlərindən birinin evinin divarında yuvada tamamilə ağ rəngdə olan qaranquş diqqəti cəlb edib. Yuvada olan iki qaranquşdan biri adi, digəri isə albinos qaranquşdur.

Qeyd edək ki, qaranquşlar arasında albinizmə olduqca nadir hallarda rast gəlinir. Albinos qaranquşlar adi qaranquşlardan daha zəif olur. Onların günorta saatlarında görmə qabiliyyəti zəifləyir. Rəng fərqinə görə albinos qaranquşlar adi qaranquşlar tərəfindən çox vaxt qəbul olunmur.

Son xəbərlər
Bütün xəbərlər »