Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Misir məğlubiyyətlə razılaşmır- FİFA hakimləri məhkəməyə veriləcək
Misir Futbol Assosasiyası FİFA hakimlərinin  Misir-Rusiya milli komandaları arasında keçirilən oyunda etdikləri hakimlikdən narazılıq bildirərək, müvafiq tədbir görüləcəyini bəyan edib. Bu barədə Bizimyol.info saytı FilGoal nəşrinə istinadən məlumat verir.

Misir FA-nın  rəhbəri Xani Əbu Rəda bildirib ki, hakimlər briqadası göz görə-görə səhvə yol verib.

Onun sözlərinə görə, referlər hücumçu  Marvan Möhsenin cərimə meydançasında yıxılması epizodunu təkrar gözdən keçirməyə imkan verməyiblər. Əbu Rədanın sözlərinə görə, həmin anda 11 metrlik cərimə tətbiq edilməliydi.  Xatırladaq ki, ayın 19-da Rusiya komandası  Sankt-Petrerburq şəhərində keçirilən oyun zamanı Misir komandasına 3:1 hesabı ilə qələbə çalıb.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »