Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İctimai birliklərin Zəhranın öldürülməsinə etirazları davam edir
İyulun 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində 2 yaşlı Quliyeva Zəhra Elnur qızı və nənəsi 50 yaşlı Allahverdiyeva Sahibə İdris qızının erməni tərəfinin mərmi atəşindən həlak olması, 52 yaşlı Quliyeva Sərvinaz İltifat qızının yaralanması İnnovasiyalara və İnkişafa Dəstək İctimai Birliyininüzvlərini dərindən hiddətləndirmişdir. Ermənilərin bu hərəkətləri vəhşilik aktı olmaqla müharibə cinayətləri kimi təsbit edilməlidir. Beynəlxalq hüquq atəşkəs rejimi bir yana, müharibə şəraitində də dinc əhaliyə divan tutulmasını qəti qadağan edir.

ATƏT-in Minsk Qrupu həmsədrlərinin bir qədər əvvəl bölgəyə səfəri münaqişənin tənzimlənməsi sahəsində yeni və daha məhsuldar danışıqlar başlayacağına ümid yaradırdı. Belə bir gözlənti ərəfəsində vəziyyətin ən ağır şəkildə gərginləşdirilməsi yalnız bir niyyət – sülh danışıqlarına yol verməmək məqsədini güdür. Bu isə bir daha göstərir ki, Ermənistan münaqişənin sülh yolu ilə danışıqlar vasitəsilə həll edilməsini istəmir.

Ərazisinin 20 faizi işğal altında olan Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan sərhədləri çərçivəsində bütün torpaqları üzərində yurisdiksiyasının bərpası nəinki ədalətin təntənəsi olar, habelə istər bölgədə, istərsə də regionda və qlobal miqyasda qarşılıqlı faydalı əməkdaşlığa yol açar. Cənubi Qafqazda formalaşıb inkişaf etməkdə olan çoxşaxəli əməkdaşlıq sistemindən Ermənistanın da kənarda qalmamasına imkan yaradar.

Münaqişənin 30 ilə yaxınlaşan tarixi sübut edir ki, Ermənistanın millətçi-təcavüzkar rəhbərliyi ölkənin tərəqqisini bu reallığın dərkində görmür, onu nəinki Azərbaycana, digər qonşu ölkələrə qarşı ərazi iddialarında axtarır. İnnovasiyalara və İnkişafa Dəstək İctimai Birlyi Ermənistanı bu yoldan döndərməyin yeganə vasitəsini beynəlxalq birliyin qəti addımlar atmasında, xüsusən də BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə və müxtəlif beynəlxalq qurumların işğal olunmuş ərazilərin dərhal boşaldılmasını tələb edən sənədlərin icra mexanizminin işə salınmasındagörür və təcavuzkara qarşı adekvat sanksiyalar tətbiq edilməsini yeganə təsirli vasitə hesab edir.

İnnovasiyalara və İnkişafa Dəstək İctimai Birlyi dünya birliyini, beynəlxalq ictimaiyyəti Azərbaycanın ərazi bütövlüyünün təmini və münqişənin ədalətli həlli üçün qətiyyətli tədbirlər görməyə çağırır!

İnnovasiyalara və İnkişafa Dəstək İctimai Birlyinin rəhbəri, Səyavuş Qasımov

Paylaş »
››› Məktəblərin rus bölməsinə axının səbəbi nədir: “Peşman olacaqlar”
››› “Rusiya generalı Azərbaycan kəndində Ermənistan bayrağı qaldırmağımızı istədi” – Avanesyan
››› Dahilərin evlilik barədə deyimləri: “Hər qadının həyatında iki vacib kişi var...”
››› Putin Ağasandyanı Rusiyanın KTMT yanında yeni daimi nümayəndəsi təyin edib
››› Baltikyanı ölkədən Çin telefonları haqda xəbərdarlıq: “Zibil qutusuna atın”
››› “Ərdoğanla görüş və Əliyevlə dialoq istəyən adam “iki erməni dövləti” ifadəsini işlətməz”
››› “Batum xəlvəti”nin sırləri
Son xəbərlər
Bütün xəbərlər »