Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çörək zavodundan biabırçılıq: Yüzlərlə çörək zibilxanaya töküldü - Fotolar
Bakı şəhəri Pirallahı adası ərazisində yaşanan bu hadisə yüzlərlə insanın narazılığına

səbəb olub.

Bizimyol.info -ya daxil olan məlumata görə adanın ərazisində fəaliyyət göstərən

çörək sexlərinin biri satılmayan və geri qayıdan çörəkləri zibilxanaya atıb.

Bu isə görənlərin hiddətinə səbəb olub.

Redaksiyamıza məlumat verən sakinlərin sözlərinə görə anoloji halla bağlı

yerli icra orqanlarına məlumat verilsə də heç bir tədbir görülməyib.

Bununla bağlı Bizimyol.info saytına danışan Azərbaycan Respublikası

Qida Təhlükəsizliyi Agentliyinin Kommunikasiya və İnformasiya texnologiyaları

şöbəsinin müdiri Mənsur Piriyev istehsalçı zavodun adının açıqlanacağ təqdirdə

faktın araşdırılacağını bildirib.

Hazırda yüzlərlə çörəyi zibilxanaya tökən çörək sexinin adı dəqiqləşdirilir, ətraflı məlumat veriləcək.

Nuranə Abdullayeva

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »