Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Meksikalı Rafael Markez komanda yoldaşları ilə eyni suyu içə bilməz - Şok qadağa - Video

Meksikanın təcrübəli futbolçusu Rafael Markez Dünya Çempionatının ən çox diqqət çəkən futbolçuları arasındadır.

"Ölkə.Az" xəbər verir ki, buna səbəb onun 39 yaşında olması deyil. 2017-ci ildən etibarən ABŞ tərəfindən adı qara siyahıda olduğundan "Rafa" komanda yoldaşlarıyla eyni suyu içə bilmir, "Budweiser" sponsorluğu ilə təqdim edilən "matçın ən yaxşı oyunçusu" mükafatını qazana bilmir.

Narkotik kartellərinin çirkli pullarını yumaqda təqsirləndirilən Markezin ABŞ vətəndaşları və şirkətləri ilə ən kiçik münasibətdə olmasına da icazə verilmir. Bu səbəbdən o, komanda yoldaşları kimi Powerade (Coca Cola'ya aid) suyundan içə bilmir və komanda fotolarında sponsor loqosundan uzaq saxlanılır. Rafael mükafat ödənişləri beynəlxalq banklar vasitəsilə ediləcəyi üçün vəziyyəti daha da mürəkkəbləşdirməmək üçün Dünya Çempionatında ödənişsiz oynamağı əvvəlcədən qəbul edib.

Həbs qərarı olmamasına baxmayaraq narkotik baronu Raul Flores Hernandez ilə əlaqələri olduğu iddiasıyla 2017-ci ildə qara siyahıya alınan Markezin ABŞ-dakı bütün əmlakı da dondurulub.

Onu da qeyd edək ki, matçların ardından arxa planda sponsorların görülmə riskinə görə Markezlə reportajlar da edilmiur. Çünki Dünya Çempionatının baş sponsorları arasında 4 böyük ABŞ markası var: Visa, Coca-Cola, Budweiser və McDonald s.

Son xəbərlər
Bütün xəbərlər »