Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan Gürcüstandan 14 mln. dollarlıq dərman vasitələri idxal edib
Cari ilin yanvar-may aylarında Azərbaycan Gürcüstandan 13 mln. 875,5 min dollar dəyərində dərman vasitələri idxal edib.

APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatına istinadən xəbər verir ki, idxal olunmuş dərman vasitələrinin həcmi 1 mln. 36,7 min ton təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Gürcüstandan dərman vasitələrinin idxalı məbləğ baxımından 1,95 dəfə, həcm baxımından isə 1,94 dəfə çoxdur.

Qeyd edək ki, ötən ilin yanvar-may aylarında Azərbaycan Gürcüstandan 7 mln. 96,5 min dollar dəyərində 533,9 ton dərman vasitələri idxal edib.

Son xəbərlər
Bütün xəbərlər »