Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gəzərək milyonlar qazanan cütlük- FOTOLAR
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, 25 yaşlı Cak Morris və Lauren Bullen bütün işlərini bir kənara qoyub səyahətə çıxmaqla milyoner olublar.

Sosial şəbəkədə hər kəsin diqqətini çəkən cütlük əvvəllər adi işlərlə məşğul olub. Cak Morris 17 yaşında məktəbi bitirdikdən sonra işləməyə başlayıb. Səhər saat 9-dan axşam saat 5-ə qədər xalça satan Morris yığdığı pulla Banqkoka bilet alıb. Bununla da onun bütün həyatı dəyişib. Ölkəsinə qayıtdıqdan sonra öz fotoşəkillərini açdığı Instagram hesabında paylaşan Morris reklam təklifləri almağa başlayıb. Hazırda 2 milyon izləyicisi olan Cak Morris təkcə paylaşdığı fotoşəkillərə markaları etiketləmək üçün 9 min dollar alır. 2016-ci ildə sponsorla Ficiyə gedən Morris Lauren Bullen ilə burada tanış olub. Instagram sosial şəbəkəsində 1,5 milyon izləyicisi olan Bullen isə bir fotoşəkil üçün 7500 dollar pul qazanır. Hazırda evli olan cütlük səyahət etmədikləri dönəmlərdə İndoneziyanın Bali şəhərində yaşayırlar. İllik qazancları 2 milyondan artıq olan cütlük gənclərə planlaşdırılmamış səyahətə çıxmaqlarını və sosial şəbəkələrdən istifadə etməyi məsləhət görür.

[gallery columns="1" size="medium" ids="7614">

[gallery columns="1" size="medium" ids="7612,7613">

Paylaş »
››› “Laçın dəhlizində də Azərbaycan polisinin görünməsinə az qalıb”
››› İki polis zabiti narkotikə görə həbs edilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Yuxarı Qarabağda əhali Rusiyanın girovluğundadır"
››› Ukraynada saxlanılan Maqsud Mahmudov Azərbaycana gətirilib
››› “Artıq Dağlıq Qarabağ yoxdur, Azərbaycan var, başa düşdüz?!..” - Video
››› ÜST: Həkimlər və tibb bacıları xəstəxanaları tərk edirlər
Son xəbərlər
Bütün xəbərlər »