Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məşhur qrup fəaliyətini dayandırdı - Video
Məşhur qrup fəaliyətini dayandırdı - Video

2013-cü ildən fəaliyyət göstərən, Sofar Sounds İstanbul sayəsində bir çoxları tərəfindən kəşf edilib və bu qısa müddətdə xeyli dinləyici tərəfindən sevilən No Land, əfsuslar olsun ki, 6 iyul tarixində öz Facebook səhifələrində qrup kimi fəaliyyətlərini dayandırdığını elan etdi.

Qrupda vokal və skripka ifa edən Kamil Hacıyev ilə birgə akustik gitarada Mehmet Akif Ersoy, elektrogitarada Sahand Lesani, akustik və bas gitarada Çağatay Vural, davulda Can Kalyoncu və Yağız Nevzat İpek, trubada Oğuzcan Bilgin və son olaraq vokal və violonçel ifa edən Hazal Akkerman kimi musiqiçilər yer alırdı. Əksər No Land mahnılarının sözləri Vüqar Həsəniyə aid olub. 2016-cı ildə 10 mahnıdan ibarət, Aramızda adlı ilk albomunu təqdim edən No Land, bu ilin aprel ayında sosial şəbəkədə qısa müddətlik fəaliyyətlərinə ara verdikdən sonra ikinci albomları üzərində işləməyə başlayacaqlarını bildirsə də təəssüf ki, Facebook səhifələrindəki son paylaşımlarından qrup kimi fəaliyyətlərinə son verdiklərini və başqa layihələrdə yer alacaqlarını öyrəndik.

Fəaliyyət göstərdikləri illər boyu istər canlı konsertlərdə, istərsə də sosial mediada həm Türkiyə, həm də Azərbaycanda musiqiləri ilə ruhlarını oxşadığı dinləyicilər No Land üçün hələ çox darıxacaq. Ən çox darıxanlardan biri də biz olacağıq deyə Pahoo üzvlərinin ən çox sevdiyi No Land mahnılarını bu məqalədə yerləşdirdik. Ümid edirik ki, vəd etdikləri kimi fərqli layihələrdə belə olsa yenidən No Land musiqiçilərini dinləyə biləcəyik. Əks halda biz köhnə ifalarını dinlədikcə aramıza girən o “dinozoru” axtara-axtara qalacağıq.

1. No Land – Yüzerdik

2. No Land – Üzümə Bax

3. No Land – Niyə Belə Uzundur Bu Yollar

4. No Land – Aramızda Dinozor

pahoo.az

Paylaş »
››› Daha bir Türksoylu dövlətdə ruslarla bağlı qalmaqal
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Ən bahalı iPhone-ların qüsurları aşkarlanıb
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
Son xəbərlər
Bütün xəbərlər »