Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Burun kiçiltmə əməliyyatı ömürlük qalıcı ola bilər və ağrısız prosedurdur" - Video
Kosmetoloq Elnarə Rzayeva Bizimyol.info saytına bəzi suallara aydınlıq gətirib.

-Elnarə xanım, istərdik sizin barənizdə ətraflı məlumat alaq.

-2009-cu ildən kosmetologiya sahəsində işləyirəm. Artıq 8 il sonra öz işimi qura bildim. Estetik sahədə çalışıram, mərkəzimizdə əməliyyata qədər olan bütün prosedurlardan istifadə edirik.Bir neçə yeniliyə də imza atmışıq ki, bu da sırf bizim özümüzə məxsusdur. Mən Moskvada böyümüşəm orda oxumuşam. 2003-cü ildə akdemiyanı bitirmişəm. 2012-ci ildə lazer texnologiyaları üzrə master-klass keşmişəm. 8 ildir Bakıdayam. Bu il ilk mərkəzimiz açıldı. Mərkəz mənim adımı daşıyır. Bundan əlavə məktəbim də var. Mərkəzimizdə dünyada mövcud olan bütün yenilikləri tətbiq edirik.

-Bildiyimizə görə sizin mərkəzdə əməliyyatsız burun kiçiltmə əməliyyatları aparılır? Bu nə deməkdir?

-Bizdə əməliyyatsız burun kiçiltmə və süni gelin çıxarılması əməliyyatları aparılır ki, bu işləri də ilk dəfə biz tətbiq etmişik. Burun kiçiltmə deyilərkən nə başa düşülür? Bu kosmetoloji cihazlar vasitəsi ilə əməliyyatsız kiçiltmə deməkdir. Belə ki, burda burun sümüyünə dəyilmir, burnun forması dəyişdirilmir. Sadəcə burundakı yağ və piylər azaldırlaraq burun kiçildilir.Bizdə başqalarından fərqləndirən qeyri -adi aparatlar yoxdur. Sadəcə öz üzərimizdə işləməklə, o aparatların müxtəlif funksiyalarını daha yaxşı öyrənməklə, yeniliklər gətirməklə bu nəticəyə nail olmuşuq. Biz kosmetoloji aparatları müxtəlif sahələrdə istifadə edirik. Burun kiçiltmə əməliyyatını aparmaq üçün cəmi iki saat vaxt tələb olunur və illərlə qalıcı nəticə ola bilər. Sadəcə buruna vitaminlər vurulur . İki ay sonra isə öz təsirini göstərməyə başlayır. Bu burunun liftinqi deməkdir. Yenə deyirəm , ömürlük qalıcı ola bilir. Sümüklü hissə deyil, ətli hissə əriyir. Ağrısız prosedurdur. Əməliyyat olunmuş buruna da bu iynələri tətbiq etmək olur. Lakin pasiyent bir şəkili göstərib “ordakı kimi burun istəyirəm desə” bu mümkün deyil. Elə adamlar var ki , onlara əməliyyat keçirmək olmaz, bir neçə dəfə əməliyyat etdirib, istədiyi nəticəni ala bilməyib. O zaman biz öz yöntəmlərimizlə burunkiçiltmə prosedurunu həyata keçirib, kömək edirik.

-İstifadə etdiyiniz dərmanlar hardan gətirlir və fəsadlar olurmu?

- Heç bir fəsad ola bilməz. Xaricdən gətiririk. Mən bu preparatlardan öz üzərimdə də istifadə edirəm.

–Elnarə Rzayeva Estetik Mərkəzinin brend olaraq tanıtmağı düşünürsünüzmü?

-Mən illərlə çalışaraq adımı brend etməyi bacardım və başa düşdüm ki, ən yaxşı öz brendləşmiş adımı mərkəzə qoymaqdır. Tezliklə ikinci mərkəzimiz açılacaq. Gələn il Moskvada və Türkiyədə eyni ad altında estetik mərkəzlərimiz açılacaq.

- Siz Türkiyə telekanallarına dəvət almış ilk azərbaycanlı kosmetoloq xanımsınız.

- Bəli TV8 , “Bəyaz şou” məni dəvət edib. Tezliklə Rusiya telekanalları ilə çıxışm olacaq. Sevinirəm ki, başqa ölkələrdə də sevgi qazanmışam.Bəyaz şouda mənə sürpriz edildi, mükafat verildi. Lakin mənim özümün bundan xəbərim olmayıb. Gözlənilməz hadisə oldu.

- Ramazan bayramı münasibəti ilə kampaniya olacaqmı?

- Bayramdan dərhal sonra kampaniya və endirimlərimiz olacaq.

- Estetik əməliyyatlardan əsasən kimlər istifadə edirlər? –

Bizim xanımlar estetik prosedurlara çox meyillidirlər. Süni gellərə qarşıyam, təbii gelləri də yalnız göstəriş əsasında istifadə etmək lazımdır. Estetik əməliyyatlar deyəndə bir çoxları bğyük dodaqları və böyük yanaqları düşünürlər. Halbuki hər şeyin qədəri var.Bu fəsadlara da gətirib çıxara bilər. Biz qüsurları örtməliyik. Kosmetologiya VP sferadır, kimin buna imkanı var, o özünə baxım edir. Qadınlara məsləhətim odur ki, süni gellərdən istifadə edib ,özlərini təhlükə altına atmasınlar.

- Müraciət edən posiyentlərin xəstəlikləri, hamiləliyi nəzərə alınırmı?

- Hamilələrlə əsla işləmirik. Əks göstəriş deyil. Sadəcə gələcəkdə uşaqda hansısa problem yaranarsa, ana bunu bizmlə əlaqələndirə bilər. Ona görə. təbii ki, müraciət edən insanların xəstəlikləri də nəzərə alınmalııdr.

Gülnarə ƏMİRQIZI

Son xəbərlər
Bütün xəbərlər »