Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məhəmməd Salahdan Serxio Ramosa sərt cavab...

“Liverpul”un ulduz futbolçusu Məhəmməd Salah Serxio Ramosa sərt cavab verib.

“Ölkə.Az” xəbər verir ki, Salah Serxionun “İynə vurulsaydı, oyuna davam edə bilərdi” açıqlamasına “Gülməlisən” cavabını verib.

Çempionlar Liqasının finalında “Real Madrid”-“Liverpul” qarşılaşmasına Salahın zədələnməsi damğa vurmuşdu.

Serxio Ramosla girdiyi mübarizədə zədələnən misirli futbolçu bir neçə dəqiqə sonra stadionu tərk etmək məcburiyyətində qalmışdı.

Ramos isə mətbuata açıqlamasında deyib: “Əvvəlcə o, mənim qoluma girdi. Sonra isə yerə yıxıldı. Əgər ona iynə vursaydılar, oyuna davam edə bilərdi”.

25 yaşlı Salah isə Serxioya belə cavab verib: “Gülməlidir. Bəlkə Ramos Dünya Çempionatında oynayıb-oynamayacağımı da söyləsin”.

Son xəbərlər
Bütün xəbərlər »