Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bahçeşehir universitetinin rəhbərliyi Bakıda gənclərə səsləndi
Rektor Şenay Yalçın: «Əgər siz cəhd etsəniz sizə bütün imkanlar açıqdır»

Günel Musayeva: «Heç bir uğur təsadüfi deyil. Hər şey əmək sərf etdikdən sonra əldə edilir”

Beynəlxalq Mətbuat Mərkəzində Türkiyənin Bahçeşehir universitetini (BAU) mükafatla bitirən azərbaycanlı məzunlar, Günel və Xeyrənsə Musayevaların uğurları ilə bağlı mətbuat konfransı keçirilib. Konfransda BAU birincisi, “Altın beyin” mükafatının sahibi Günel Musayeva, universitet üçüncüsü Xeyrənsə Musayeva ilə yanaşı, Bahçeşehir Universitetinin rektoru Prof. Dr. Şenay Yalçın, BAU Global başqan yardımçısı Serdar Şenel, İqtisadi, İdarəetmə və Sosial Elmlər fakültəsi dekanı Necip Çakır və Beynəlxalq Ofis Direktoru Erbay Şirin iştirak edib.

BAU-nin iqtisadi idarəetmə və sosial bilimlər fakültəsinin dekanı, professor Necib Çakır “Qızıl beyin” mükafatçılarını təbrik edib. “Bu mükafat təkcə bizim deyil, bütün Azərbaycan xalqının uğurudur. Fakültəmiz çox çətin olmasına baxmayaraq, Günel Musayeva məndən yaxşı nəticələr əldə edə bilirdi. Günellə yanaşı bacısı Xeyransa da bizim universitetin üçüncüsü oldu. Hər ikisini təbrik edirəm”.

Konfransda çıxış edən BAU rektoru Prof. Dr. Şenay Yalçın, BAU-nun başarılı tələbələrə hər zaman dəstək olmasından və buna nümunə olaraq azərbaycanlı məzunların uğurlarından söz açıb: “Bir tələbənin başarılı olması onun həm özündən, həm də təhsil aldığı universitetindən asılıdır. Universitetimizdə 25 min tələbə arasından fərqlənmək çox çətindir. Bu isə o deməkdir, Azərbaycan çox dəyərli çox bacarıqlı gənclər yetişdirə bilir. Azərbaycan gənclərinə buradan belə bir mesaj vermək istərdim. İstənilən zaman nailiyyət əldə etmək mümkündür. Əgər siz cəhd etsəniz sizə bütün imkanlar açıqdır. Bir daha məzunlarımızı təbrik edirəm”.

O qeyd edib ki, Bahçeşehir Universitetində də tələbələrin başarılı olması və yüksək səviyyədə təhsil almaları üçün böyük imkanlar yaradılıb. “BAU, 3 qitə, 8 ölkə, 5 universitet, 4 dil məktəbi, 5 akademik mərkəz ilə Türkiyənin təhsil sahəsinbdə dünya markası olan BAU Global-ın 1 üzvüdür. Bu beynəlxalq şəbəkə tələbələrə yüksək təhsil imkanı verir və dünyanın hər yerindən tələbə qəbulu elan edir”.

BAU rektoru onu da qeyd edib ki, Bahçeşehir Universiteti artıq bu ildən Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda yüksək bal toplayan tələbələrə təqaüd verəcək. Bahçeşehir Universiteti Heydər Əliyev adına təqaüd proqramı əsasında 3 il boyunca 12 tələbəyə təqaüd verib. Bu il isə DİM-in keçirdiyi imtahandan 650 və daha yüksək bal toplayan abituriyentlərə təqaüdlər verəcək.

 Şenay Yalçın Füzuli rayonun Alxanlı kəndində qətlə yetirilmiş 2 yaşlı Zəhranı anaraq, erməni xainlərinin etdiyi vəhşilikdən sarsıldıqlarını bildirərək, Zəhranın ailəsinə və Azərbaycan xalqına başsağlığı verib.

Universiteti üçüncülüklə bitirən Xeyransa Musayeva da tədbir iştirakçılarını salamlayaraq, cəbhə bölgəsində baş verənləri anmaqla çıxışına başlayıb: “Biz gənclər bu vəhşiliyi dünya ictimaiyyətinə çatdırmalıyıq. Mən bu hadisəni çox böyük kədərlə anıram. Dünya birliyini bu ədalətsizliyə qarşı susmamağa, erməni terroruna göz yummamağa çağırıram” - deyə X.Musayeva bildirib. O, uğurlarının mediada yayılmasında dəstək olan hər kəsə təşəkkürünü ifadə edib.

BAU birincisi, “Qızıl beyin” mükafatının qalibi, Günel Musayeva da ermənilərin Alxanlı kəndində törətdiyi qətllərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini qeyd edib. “Biz çalışmalıyıq ki, bu hadisələrə adekvat reaksiya verilsin. Ölən körpələr böyümür. Onların taleyi yarımçıq qalır. Biz gənclər olaraq dünya ictimaiyyətinin bu olaya reaksiya verməsinə can atmalıyıq. Çünki erməni vandalizmi durmaq bilmir”.

Universitet uğurlarından danışan G.Musayeva bildirib ki, insanın gələcəyini müəyyənləşdirən təməl amil onun seçimləri və əməyidir. “İnsan seçimlərini özü müəyyənləşdirir və öz yolunu seçir. Biz söz veririk ki, yorulmadan çalışacaq və ölkəmizi layiqli şəkildə hər yerdə təmsil edəcəyik. Mən inanıram ki, heç bir uğur təsadüfi deyil. Hər şey əmək sərf etdikdən sonra əldə edilir”.

Daha sonra tədbir iştirakçıları media nümayəndələrinin suallarını cavablandırıblar.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »