Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Gizli güclərin ilk savaşı Bakıda başlayıb”
“Nəhayi hədəf insanları tək bir mərkəzdən idaər etməkdir”

Siyasi elmlər üzrə fəlsəfə doktoru,  tədqiqatçı Fuad Hilalov “Bizim Yol” qəzetinə verdiyi müsahibədə dünya siyasətinin görünməyən üzü, dünyanı idarə edən gizli güclər barəsində danışdı.

-Bu gün dünya siyasəti elə bir hala gəlib ki, sanki hər kəs hər şeyi bilir və eyni zamanda heç kim heç nə bilmir. Sizcə qlobal səviyyədə gedən siyasi oyunları düzgün anlaya bilirikmi?

Hər zaman yox. Gərək politologiyanı şərh edən insanın özünün düzgün görüb qiymətləndirmək bacarığı olsun. Bu sahədə bir bayağılaşma, deqradasiya hiss olunur. Adını çəkməyəcəm,bu günlərdə çox məşhur politoloqlardan biri telekanallardan birində çıxışı zamanı qəribə fikir səsləndirdi.Ermənistanda baş verən hadisələri işıqlandırarkən “ dahiyanı” fikir səsləndirdi. Paşinyan ermənipərəst adamdır. Bu nə deməkdir. Paşinyan hindpərəsə, gürcüpərəst olmalıydı?. Siyasət artıq şounun bir parçasına çevrilməyə başlayıb.Bu müəyyən güclərin apardığı düşünülümüş siyasətin bir parçasıdır.Bilirsinizmi, həqiqətləri indi görmək həm asandır, həm çətin.İnformasiya bolluğu yaranıb.Ona görə çox vacib xəbərləri bilgiləri bu informasiya zibilliyinin içərisində gizlədirlər.Böyük pullar böyük də sakitliyi sevir.Bu gün hay- küy salan, göz önüdə olan adamlar deyil, kölgədə olan insanlar dünyanı idarə edir.Ona görə onlara maraqlıdır ki, insanlar bayağı fikirlərlə məşğul olsunlar, düşünməsinlər. Siz düşünün ağacı ən asan harda gizləmək olar? Meşədə. Əsl qlobal siyasi proseslər başqa cür başa düşülməlidir. Əsl güz əslində nədən ibarətdir. Dünyanın dayaq nöqtəsi Balzakın təbiri ilə desək ağıl və puldur.

Bir çoxları gizli qüvvələr dedikdə, Massonluq, İllüminati dedikdə qəribə anlaşılmaz ayinlər icra edən insanları,  “Kurtlar Vadisi” kimi seriallarda nümayiş etdirilən latın dilində ayinlər keçirən qara maskalı  adamları, gizli təşkilatının dünyanı idarə etmələri kimi fikirlərə düşürlər. Hər şey bu qədər bəsit olsa nə vardı ki? Əslində bunların hamısı var, amma yuxarıda dediyim mənbələrin göstərdikləri kimi birmənalı şəkildə deyil.

Hazırda dünyanın bir çox ölkəsində masson təşkilatları var.Bu daha  çox yaşlı adamların toplaşıb söhbət etdiyi intellektual klublardır.

5 il əvvəl Sürixdə yerləşən  məşhur İsveçrə Federal Texnologiya İnstitutu maraqlı bir elmi tədqiqat apardı. Ceyms Qlattfelderin rəhbərliyi altında alimlər dünya iqtisadiyyatının ayrı-ayrı eleməntlərini tədqiq etmək üçün Orbis 2017 məlumat bazasına daxil olan dünyada yerləşən 37 milyon şirkət və investora aid məlumatları super kompyuterə daxil edərək onların arasındakı əlaqələri öyrənməyə çalışdılar. Nəticlər şok effekti yaratdı, belə ki, ilkin hesablamalarda bu 37 milyon şirkətin aid olduğu 43 min transmilli şirkət ortaya çıxdı. Daha dərin analizdən sonra alimlər onların da aid olduğu 1318 şirkətlik bir “nüvənin” olduğunu gördülər. Bu “nüvənin” içindəki hər şirkət təxminən 20 başqa şirkətin sərmayəsində iştirak edir. Beləliklə, bu “nüvə” dünya ümumdaxili məhsulunun təxminən 60%-nə nəzarət edir.  İsveçrəli alimlər daha dərinə gedərək və bu “nüvənin” (1318 şirkət) içində daha 147 Transmilli şirkət olan daha kiçik bir “nüvə” tapırlar.  Bu kiçik “nüvə” haqqında məlumatlar isə o qədər də çox deyil.

147 şirkət bir-birləri ilə kapitallarından qarşılıqlı istifadə etmək yolu ilə sıx bağlıdırlar. İkincisi, kiçik nüvənin əsas hissəsini (75%) banklar, sığorta şirkətləri və digər maliyyə qurumları təşkil edir. Bunların arasında Barclays Bank, JP Morgan Chase, UBS AG, Merrill Lynch, Deutsche Bank, Goldman Sachs və başqaları var. Üçüncüsü, isveçrəli alimlərin gəldiyi qənaətə görə, “kiçik nüvə” dünya aktivlərinin 40%-nə, o cümlədən bank sektorunun 90%-nə nəzarət edir.

Planetin ən zəngin insanı sayılan Bill Gatesin cəmi 75 milyardı olduğu halda yuxarıda adı çəkilən Larri Fink 13 trillion dollar sərvətə sahibdir. Bəli 13 trillion! Onun sahip olduğu Blackrock maliyyə koorparasiyasının adı çox az hallanır, lakin büdcəsi  Amerikanın büdcəsindən  iki dəfə çoxdur.

-Onda belə çıxır ki, dünyanı siyasət yox iqtisadi güc, iqtisadi maraqlar idarə edir?

Bunlar kimi insanların iştirak etdiyi qrupların təsiri müasir dünya siyasəti və iqtisadiyyatında həlledici rola malikdir. 13 trillion dollar bu gün dünyadakı bir çox ölkənin sahib olduğu bütün mal varlığından daha çoxdursa, onda siyasi proseslərə ölkələr daha çox təsir edə bilər, yoxsa bu cür adamların toplaşdığı transmilli şirkətlər və yarı-gizli qruplar? Adını çəkdiyiniz bu klanlar, həmçinin onlara bağlı ailələrin qlobal siyasət və iqtisadiyyata təsir gücü  mütləq var. Lakin bunu bir çox politoloqlar dilə gətirmək istəmirlər.

-İzah eləyə bilməyəndə də bunu konspiroloji bilgi adlandırmaqla vəziyyətdən çıxış yolu tapmaq ən asanıdır ?

- “Konspirologiya” sözünün Azərbaycan dilində tam qarşılığı yoxdur. Bu  söz ingilis dilindəki “conspiracy” - sui qəsd sözündən gəlməkdədir. O sözün kökündə isə latın dilində olan və “ahəng, “birlik” və “gizli saziş”, “sövdələşmə”, “qiyam” mənasını daşıyan “conspirate” sözü dayanır.Tarixi faktlara konspiroi cəhətdən baxanda çox məqamlara aydınlıq gətirmək mümkündür. Lakin bunu ali məktəblərdə tədris etmirlər.Biz nəyi görürük?Müəyyən güclər var ki dövlətlər və dövlət başçıları onların qarşısında təzim edirlər. Bunun çox bariz bir nümunəsi.

Henri Kissincer 1969-1975-ci illərdə ABŞ-ın Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri, 1973-1977-ci illərdə isə ABŞ-ın dövlət katibi olub.  93 yaşı var. Lakin Putin onun Moskvaya hər səfərində bir tələbənin üməllimi qarşısında olduğu kimi məsuliyyətlə dayanır. Hər səfərində  o, Putin tərəfindən prezidentlərdən belə yüksək səviyyədə qəbul olunub. Bu insan sadəcə keçmiş siyasətçi deyil,Kissincer müəyyən təşkilatların, qlobal qrupların nümayəndəsidir.

Siyasət artıq keyfiyyətin tərənnümüdür.Dünənə qədər ortalıqlarda adı keçməyən Makron bu gün Fransa kimi derjavanın başına keçib.Ona görə ki arxasında gizli güc dayanır. Görkəmli siyasi tədqiqatçıların araşdırmalarına əsasən belə nəticəyə gəlmək olar ki, bu gizli güclərin 3 dayaq nöqtəsi var. Amerika əsaslı,şərti olaraq bunlara Rokfeller qanadı deyirlər,İngiltərə dayaqlı oliqarxlıqlar, şərti olaraq, Rotşildlər xanədanları və Avropanın qədim zadəgan sülalələri. Prezident və nazirlərin təyin olunması, qlobal iqtisadi proseslərə yön verilməsini onlar təyin edirlər.

-Dünyada qeydə alınmış maliyyə böhranında bu klanların, xüsusilə Rotşildlər və Rokfellerlər birbaşa əli olduğu vurğulandı.Bu barədə nə deyə bilərsiniz?

 - Bəli. Adını çəkdiyiniz bu klanlar, həmçinin onlara bağlı ailələrin qlobal siyasət və iqtisadiyyata təsir gücü böyükdür.bu barədə mən söhbətimizboyu açıqlamalar verəcəm. Artıq kapitalizmin də sonuna gəlmək üzrəyik. Bu hiss olunur.

-Bəs onda bundan sonrakı dövr nə olacaq?

Bir neçə ssenarinin ilk işartılarını görmək olur. Bir populyar ideya var idi ki, dünya gücləri yeni layihələr planlayır. Xoşbəxtlikdən dünya  güclərinin öz arasında da güc savaşı, maraq savaşı gedir. Ona görə bu bir az bizlərin xeyrinədir, bu sevindirici faktdır.Unutmadan bir faktı qeyd edim, sonra sizin sualınıza dönərəm. Qlobal güclərin ilk dəfə açıq- aşkar savaşa çıxdığı məkan məhz Bizim Bakı olub.XIX əsrin sonunda   neft dünya iqtisadiyyatında önəmli yer tutmağa başlayanda əsas ixracatçı Amerika idi. O vaxtar Bakı nefti dünyaya səs salanda ilk dəfə Bakı neftinin iyinə Rotşeldlər gəldi, onlar özlərini maskalamaq üçün öz paylarını Nobel qardaşlarına satdılar, Bibiheybətdə böyük  yataq sahibi oldular. Əslində isə bu payı onlar idarə edirdilər.Amerikada Rokfellerlər görəndə ki, neft  inhisarı onların əlindən çıxır, onda onlar Bakıda Rotşeldlərə müharibə elan etdilər.Bibiheybət mədənlərini yandırdılar. Bunu onlar o vaxt Koba ləğbi ilə tanınan Stalinin köməyi ilə etdilər.

Yeri gəlmişkən, Stalinin Rokfellerlə dolayı əlaqəsi müharibəyə qədər davam etdi.Stalinin hakimiyyəti dövründə beşilliklərin maliyyələşdirilməsi məhz Rokfellerlərin kapitalı hesabına həyata keçdi.Rokfellerlər bir tərəfdən Sovet İttifaqını, digər tərəfdən Hitler Almaniyasını maliyyələşdiridilər.

Gələk böhran məsələsinə. Kapitalizm iqtisadi quruluş olaraq o qlobal bir bazardır, siyasi olaraq isə Fetfaliya müqavilsəindən sonra ölkələrin xəritəsi cizilmişdi.Böyük Burjaziyanın xalqlarüstü qurumlara  ehtiyacı var idi ki bütün dövlətlərdə iş görə bilsinlər.Kapitalizm ekstensiv sistemdir. Ona daima bakirə resurs lazımdır ki, onu yesin bitirsin. O yırtıcı kimi nəsə udmalıdır.1991-ci ildə siyasi qütblər  yox oldu, sosializm süqut etdi.Kapitalizm onu uddu. Qorbaçovun qərbə doğru satqın namenklaturası Sovetləri yıxıb, kapitalizmi  gücləndi. Kapitalizmin olmadığı ölkə yoxdur. Kimində bu vəhşi kapitalizmdir,90-cı illərin Azərbaycanı kimi, bir də var Skandinaviya ölkələri kimi sosial demokratiya  adı altında fəaliyyət göstərən  kapitalizm.

2008 böhranından sonra Kiprdəki bank depozitlərinə vergi qoyuldu.( BMV və Dünya Bankı tərəfindən) Bu nə deməkdir? Kapitalizm  üçün ən müqəddəs amil valyutadır, kapitaldır, onlar buna qarşı çıxdılar.İngiltərədə rusiayılı oliqarxların əmlakına əl qoyuldu. Deməli kapitalizmin sonuna doğru gedirik. Əvvəllər deyirdilər ki qızıl milyard qalmalıdır. Yəni dünya resursların hamıya çatması üçün 6 milyard insan qırılsın, 1 milyard insan qalsın.Amma, məncə bu qeyri -ciddi yanaşmadır. Müəyyən ssenarilər var. Müəyyən elitaların cəmləşəcəyi ada şəhərlər  yaranır heç kimə vergi vermədən.Və böyük şəhərlər yaranacaq. Dubay,Honqonk  Sinqapur kimi.Bu şəhərlərdə baha olsa belə komfortlu həyat , ondan kənarda isə vəhşi insanların cəmləşdiyi ərazilər.Nəhayi hədəf odur ki, insanlar tək bir mərkəzdən idarə olunsunlar. Bu indiyə qədər yaradılmış diktaturanın ən dəhşətlisi olacaq. Təkliflər gəlir, insanlara çip yerləşdirsinlər. Guya təhülkəsizlik məqsədi ilə. Əslində isə bank kartları , bu çiplər, mobil qurğular hamsıı total  nəzarətə hesablanıb.6 milyard insana nəzarət etməkdənsə bir milyard insanı  nəzarətdə saxlamaq daha asan olar. Qalanları isə vəhşi heyvanlar kimi öz başını saxlamaq məcburiyyətində qalacaq. Bu gün aparılan təbliğat, yyetişdirilən GMO-lu bitkilər,  cinsi azlıqlara bu qədər azadlığın verilməsi, qadın və kişilər arasında cins fərqinin aradan götürülməsinə hesablanmış üçüncü cins insanların, eynicinsli nikanların təbliği və onların sayının artması bu böyük layihənin bir hissəsidir. İnsanlar ağıllı düşünməsinlər və yenilikləri sözsüz qəbul etsinlər deyə açıq aşkar təbliğat gedir.

-Bu danışdıqlarınızdan  belə nəticəyə gəlmək olur ki, prezidentlər azad deyillər?

- Orta əsrlərdə krallar, şahlar sanki çoxmu azad idilər? Onlara sui- qəsdlər olmurdumu, zəhərləmirdilərmi?Onları da idarə edən əyyam qrupları var idi. Mütləq monarxiya dövründə  monarxlar azad deyildilərsə, biz dünyanın bu qədər kiçildiyi bir dövrdə hansı müstəqil idarəçilikdən danışa bilərik?!.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »