Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Siyasət şounun bir parçası olmağa başlayıb"
Siyasi elmlər üzrə fəlsəfə doktoru,  tədqiqatçı Fuad Hilalov “Bizimyol.info" saytına verdiyi müsahibədə dünya siyasətinin görünməyən üzü barədə danışıb.

"Bu gün dünya siyasəti elə bir hala gəlib ki, sanki hər kəs hər şeyi bilir və eyni zamanda heç kim heç nə bilmir.

Gərək politologiyanı şərh edən insanın özünün düzgün görüb qiymətləndirmək bacarığı olsun. Bu sahədə bir bayağılaşma, deqradasiya hiss olunur. Adını çəkməyəcəm,bu günlərdə çox məşhur politoloqlardan biri telekanallardan birində çıxışı zamanı qəribə fikir səsləndirdi. Ermənistanda baş verən hadisələri işıqlandırarkən “ dahiyanə” fikir səsləndirdi. "Paşinyan ermənipərəst adamdır". Bu nə deməkdir? Paşinyan hindpərəst, gürcüpərəst olmalıydı?. Siyasət artıq şounun bir parçasına çevrilməyə başlayıb.Bu müəyyən güclərin apardığı düşünülmüş siyasətin bir parçasıdır.Bilirsinizmi həqiqətləri indi görmək həm asandır, həm çətin.İnformasiya bolluğu yaranıb.Ona görə çox vacib xəbərləri bilgiləri bu informasiya zibilliyinin içərisində gizlədirlər.Böyük pullar böyük də sakitliyi sevir.Bu gün hay- küy salan, göz önüdə olan adamlar deyil, kölgədə olan insanlar dünyanı idarə edir.Ona görə onlara maraqlıdır ki, insanlar bayağaı fikirlərlə məşğul olsunlar, düşünməsinlər. Siyasət artıq şounun bir parçası olmağa başlayıb.Siz düşünün ağacı ən asan harda gizləmək olar? Meşədə.Hazırda aparılan iş bundan ibarətdir"

Müsahibənin tam mətni ilə aşağıdakı videoçarxda tanış ola bilərsiniz.

Son xəbərlər
Bütün xəbərlər »