Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Britaniya hökuməti 10 aylıq körpəyə qarşı: "Ölməlidir!" - FOTO
ABŞ prezidenti Donald Tramp və Roma Papası 1-ci Fransisk Britaniyada yaşayan 10 aylıq Çarli Qardın valideynlərinə dəstək veriblər.

Britaniyanın Səhiyyə Xidməti bu gün balaca Çarlini süni yaşam aparatından ayrımaq niyyətindədir.

Milli.Az NBC-yə istinadən bildirir ki, 1-ci Fransisk kiçik Çarliyə Vatikan pasportunun verilməsi barədə göstəriş imzalayıb. O, Çarlinin Vatikanda müalicəsinin təşkil oluna biləcəyini də deyib.

Vatikanın rəsmi nümayəndəsi Qreq Berkin yaydığı bəyanatda deyilir: "Pontifik Çarli ilə bağlı vəziyyəti diqqətlə izləyir. Çarlinin valideynləri ilə yaxınlıq duyuram. Onlara görə dua edirəm. Ümid edirəm ki, valideynlərin Çarlinin yanında qalmaq istəkləri qulaqardına vurulmayacaq".

Donald Tramp isə Twitter-dəki akkauntunda yazıb: "Roma Papası və Britaniyadakı dostlarımızın istəklərinə uyğun olaraq Çarli Qardı xilas edə bilsək, sevinərik".

Kiçik Çarli nadir genetik xəstəlik olaraq DNT-nin mitoxondrial tükənməsi sindromu ilə doğulub. Mərəz o qədər nadirdir ki, indi dünyada cəmi 16 belə xəstə uşaq var.

Xəstəlik əzələlərdə atrofiyaya və beynin zədələnməsinə səbəb olur. Çarlinin əzaları normal fəaliyyət üçün yetərincə enerji ilə təmin olunmur.

Bəlli olub ki, Çarlinin valideynlərinin hər ikisində defektiv gen varmış.

Britaniyanın Milli Səhiyyə Xidmətinin açıqlamasında deyilir: "Çarli Qard eşitmir, görmür, hərəkət edə bilmir, ağlaya bilmir, uda bilmir. Onun beynindəki zədələr müalicəsizdir. Uşağa dünyanın rahat tərk etmək şansı verilməlidir".

Çarlinin valideynləri Kris Qard və Konni Yeyts isə uşaqlarının qətlinə imkan verməyəcəklərini, uşağı ABŞ-a eksperimental müalicəyə aparmaq istədiklərini deyiblər. Onlar internet vasitəsilə 1,3 milyon funt-sterlinq də toplayıblar. Bu ianələr Çarlinin Birləşmiş Ştatlara aparılması və müalicəsi ilə bağlı xərcləri ödəməyə yetər.

Britaniyadakı "Great Ormond Street" xəstəxanasının həkimləri və Britaniya Milli Səhiyyə Xidməti isə hesab edirlər ki, Çarlini müalicə etmək, yəni xilas etmək mümkün deyil: "Bundan sonrakı müalicə prosesi, sadəcə, Çarlinin əzablarını daha da artıracaq".

Britaniyada məhkəmələrə müraciət edərək uduzan valideynlər Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) üz tutublar. Fəqət AİHM iyunun 27-dəki qərarı ilə Britaniyanın Ali Məhkəməsinin qərarını dəstəkləyib və Çarlinin valideynlərinə onu ABŞ-a müalicəyə aparmağa icazə verməyib.

Bu gün Çarli süni yaşam aparatından ayrılmalıdır.

[gallery columns="1" size="large" ids="7321,7322,7323,7324,7325,7326">

Paylaş »
››› Daha bir Türkdilli dövlətdə ruslarla bağlı qalmaqal
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Terror aktına görə danlanan idarə rəisi özünü öldürdü
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Şəhidin qardaşı bayrağı dəyişərkən hündürlükdən yıxılaraq ölüb
Son xəbərlər
Bütün xəbərlər »