Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“G20”yə etiraz, “zombi”lər küçələrə axışdı - Dünya liderlərinə şok
Günlərdir gözlənilən “G20” Sammiti artıq başlayıb.

“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, beş minə yaxın jurnalist dünya liderlərinin görüşünü işıqlandırmaq üçün Hamburq şəhərinə toplanıb. Ənənəvi Sammit çərçivəsində ikitərəfli və üçtərəfli görüşlər keçiriləcək.

Artıq prezidentlər Donald Tramp və Vladimir Putin, o cümlədən kansler Angela Merkel sammitdə iştirak üçün Hamburq şəhərindədirlər.

Ötən gün sammit ərəfəsində şəhərdə polislə etirazçılar arasında toqquşmalar baş vermişdi. Nəticədə 111 polis xəsarət almışdı. Etirazlar bu səhər də davam edib. Polis su şırnağından istifadə etmək məcburiyyətində qalıb. Xeyli sayda avtomobil yandırılıb.

Bundan başqa, sammitə etiraz edən yüzlərlə nümayişçi zombi yürüşü təşkil edərək şəhərin küçələrində hərəkət ediblər.

[gallery columns="1" size="large" ids="7297,7298,7299,7300,7301,7302">

Paylaş »
››› Daha bir Türkdilli dövlətdə ruslarla bağlı qalmaqal
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Terror aktına görə danlanan idarə rəisi özünü öldürdü
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Şəhidin qardaşı bayrağı dəyişərkən hündürlükdən yıxılaraq ölüb
Son xəbərlər
Bütün xəbərlər »