Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azadlıq”ın əməkdaşı sahibkarı aldadıb?
""AzadlıqRadiosu”nun Azərbaycan redaksiyasının əməkdaşı Elxan Nəsibov məni aldadaraq külli miqdarda vəsaitimi mənimsəyib".

Bunu “Bizimyol.info” saytına müraciətində iş adamı bildirib.

Onun sözlərinə görə, bir neçə il öncə E.Nəsibov ondan şərikli iş görmək adı ilə külli miqdarda pul alsa da, bu günə qədər qaytarmayıb: “Elxan Nəsibov məndən dəfələrlə müxtəlif müddətlərə möhlət istəsə də, sözünə əməl etməyib, pulumu ödəməkdən qaçır. O, Praqada yaşayır və işləyir deyə özü ilə canlı ünsiyyət imkanlarım məhduddur. Yalnız telefonla danışmaq mümkün olur. Azərbaycana da uzun zamandır gəlmir. Bundan istifadə edərək həmin şəxs mənim tələblərimdən yayınır. Belə davam etsə, mən hüquqi addımlar atmaq məcburiyyətində qalacam".

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi Ehsan Zahidov “Bizimyol.info” saytına açıqlamasında bildirib ki, vətəndaş aidiyyatı üzrə hüquq mühafizə orqanına müraciət etdikdən sonra məsələ araşırılacaq.

Qeyd edək ki, iş adamının şikayəti əsasında “AzadlıqRadiosu”nun Azərbaycan Mərkəzinin direktoru İlkin Məmmədova göndərilən informasiya sorğusuna 12.06.2017-ci il tarixində cavab verib. O bildirib ki, hər hansı bir şəxsin “AzadlıqRadiosu”nun adından və nüfuzundan istifadə edərək qanunsuz hərəkətləri ilə bağlı dəlilləri varsa, hüquq-mühafizə orqanları ilə bölüşəcəyinə ümid edir.

Paylaş »
››› Daha bir Türkdilli dövlətdə ruslarla bağlı qalmaqal
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Terror aktına görə danlanan idarə rəisi özünü öldürdü
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Şəhidin qardaşı bayrağı dəyişərkən hündürlükdən yıxılaraq ölüb
Son xəbərlər
Bütün xəbərlər »