Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bank işçisi aldığı borcları “Topaz”a qoydu
Bakı Ağır Cinayətlər Məhkəməsində bir neçə şəxsin adına kredit götürüb “Topaz”da uduzan Beynəlxalq Bankın "Qaradağ" filialının kredit şöbəsinin baş mütəxəssisi Elnur Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Azad Məcidovun icraatında olan prosesdə şahidlər ifadə verib. Fərrux Həşimov ifadə verərək deyib ki, kredit mərhum atası Nəsimi Həşimovun adına götürülüb.

Digər şahid Qiyas Abdullayev isə E.Hüseynovu mömin bir şəxs kimi tanıdığını deyib: “Məsciddə namaz qılanda tanış olmuşduq. Banka gedib 10 min manata qol çəkdim, kassadan pulu götürüb Elnura verdim.

Rəsul Hüseynov da Elnura məsciddə ibadət zamanı tanıdığını, onun xahişi ilə bankdan 10 min dollar götürüb özünə verdiyini deyib: “Elnurun uşağı xəstə idi, ona görə razılaşdım”.

Hakim bildirib ki, E.Hüseynov kreditləri uşağının xəstəliyi üçün xərcləməyib: "İstintaqdakı ifadəsində Elnur etiraf edib ki, götürdüyü kreditləri "Topaz"da uduzub. Həmçinin spirtli içki istehsalı üçün şüşə “butulka” gətirib. Məqsəd spirtli içki istehsalı ilə məşğul olmaq olub".

E.Hüseynovun qardaşı Həmid Hüseynov deyib ki, bankdan onun adına 2 kart vasitəsilə 23 min manat kredit limiti ayrılıb: “Götürülən pulun bir hissəsini qaytarmışıq”.

Məhkəmə prosesi iyulun 12-də davam etdiriləcək.

Bu cinayət işi ilə bağlı bankın sabiq əməkdaşı Aqilə Quliyeva da ittiham edilir, o həbs edilməyib.

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »