Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həsənağa Turabovun 80 illik yubileyi keçiriləcək
Azərbaycanın görkəmli aktyoru Azərbaycan SSR-nin xalq artisti Həsənağa Turabovun 80 illik yubileyi keçiriləcək.

“Bizim Yol” xəbər verir ki, bu barədə məlumatı saytımıza Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev verib.

O qeyd edib ki, yubiley gecəsi Azərbaycan Mədəniyyət Nazirliyinin, Dövlər Film Fondunun, Cəfər Cabbarlı adına Teatr Müzeyinin və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təşkilatı dəstəyi ilə keçiriləcək.

Bundan başqa yubiley gecəsində Azərbaycan SSR-nin xalq artisti, Azərbaycan SSR Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli olan Həsənağa Turabovun çəkildiyi kinolardan kadrlar nümayiş olunacaq, yaratdığı unudulmaz obrazlar xatırlanacaq, onunla birgə çalışmış aktyorlar, aktrisalar, rejissorlar böyük sənətkar haqda fikirlər səsləndirəcək. Həmçinin görkəmli aktyorun həyat və fəaliyyətindən bəhs edən fotosərgi də nümayiş olunacaq.

Tədbir 8 iyun saat 16:00 da Cəfər Cabbarlı adına Teatr Müzeyində keçiriləcək.

Son xəbərlər
Bütün xəbərlər »