Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda taksi sürücüləri qadın turistə kələk gəldilər
Bakının taksi sürücüləri amerikalı turistə xidmət göstərərkən böyük miqdarda gəlir əldə ediblər. Lakin ABŞ vətəndaşı olan xanım azərbaycanlı taksi sürücülərindən çox narazı qalıb.

Bu barədə sputnik-ə hüquq-mühafizə orqanlarından məlumat verilib. Səbail Rayon Polis İdarəsinin 39-cu polis bölməsinə 1970-ci il təvəllüdlü ABŞ vətəndaşı Elizabet Rouz şikayət ərizəsi ilə müraciət edib. O bildirib ki, Azərbaycana istirahət etməyə gəlib, lakin burada xidmət bazarında hədsiz dərəcədə yüksək qiymətlərlə rastlaşıb. Onun sözlərinə görə, iyunun 22-də Ramin adlı taksi sürücüsü onu şəhər ətrafına aparmaq müqabilində 1380 dollar pul alıb. Sonra o bilib ki, bu, getdiyi yol müqabilində tələb olunan vəsait yox, sadəcə dələduzluqdur. Amma bu, hələ son deyil.

İyunun 23-də digər taksi sürücüsü İlqar turistdən "yardım əli uzatmağı" xahiş edərək ondan xidmət müqabilində 5 min dollar alıb. Hətta pulu qaytaracağına da söz verib. Hər iki cavan taksi sürücüsü amerikalı qadından pulu alandan sonra onun diqqət sahəsindən uzaqlaşıblar və yoxa çıxıblar. Üstündən 10 gün keçməsinə baxmayaraq, sürücülər nə pulu qaytarıblar, nə də gözə görünüblər.

Hazırda 39-cu polis bölməsinin əməkdaşları adlarından başqa heç nə məlum olmayan bu fırıldaqçıları axtarmaqla məşğuldur.

Paylaş »
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Artıq mini sualtı gəmilərimiz də var
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib
Son xəbərlər
Bütün xəbərlər »