Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Beyni açıq doğuldu -20 dəqiqə sonra öləcək deyirdilər, o isə...

İrlandiyanın Belfast şəhərində doğulan Karille Toland valideynlərinə sevincdən çox həyəcan və narahatlıq yaşatdı. Bizimyol.info xəbər verir ki, qızcığaz doğularkən tibb elmində  cəmi bir neçə dəfə qeydə alınmış anomaliya ilə doğulmuşdu. Beyni kəllə sümüyünün  içində deyil, xaricindəydi. Həkimlər onun doğumdan sonra 20 dəqiqə yaşayacağını bildirmişdilər. Lakin Karile həyata bərk- bərk sarıldı, ölmədi.

Bir ay sonra körpənin valideynləri onu əməliyyat olmaq üçün xəstəxanaya gətirdilər. Gemma Mccusker  və Kyle Tolandın göstərdiyi əzmkarlıq nəticəsində bu gün Karile artıq 17 aylıqdır və sağalmaqdadır.

Həkimlər möcüzə yaradaraq onun beynini  kəllə sümüyünün içərisinə salmağı bacardılar. Karilenin  fiziki inkişafı yaşıdlarında olduğu kimi normal davam edir.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »