Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xalq şairindən Rusiya XİN-ə şillə kimi cavab
"Onda Azərbaycan Rusiyadan orada yaşayan 3 milyon azərbaycanlının Ermənistana daxil olmasına şərait yaratmasını tələb etməlidir"

Azərbaycan Rusiyadan orada yaşayan 3 milyon azərbaycanlının Ermənistana daxil olmasına şərait yaratmasını istəməlidir”.

Bunu Sherg.az-a Azərbaycan XİN-in Rusiya Xarici işlər Nazirliyinin təkrarən erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycan ərazisinə daxil olmasında göstədiyi fəallığıqla bağlı bəyanatını dəyərləndirərkən millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı deyib.

Onun sözlərinə görə, bir halda ki, Rusiya erməni əsilli rusların Azərbaycana gəlməsini istəyir, onda bu məsələni də qaldırsın:

"Rusiya elə düşünür ki, azərbaycanlılara, türklərə heç nə olmaz, amma ermənilərə hər şey olar. Ermənilər Rusiya üçün xüsusi sinifdir və onları hər tərəfdən müdafiə edir. Bu, Rusiyanın ikiüzlü siyasətinin davamıdır. Qarabağı alıb, Ermənistanı orada möhkəmləndirmək istəyir ki, azərbaycanlılar öz torpaqları üçün vuruşmasın.

Ermənistan isə həm Avropa həm də Rusiya ilə oynayır. Bunu görə-görə ona "gözün üstə qaşın var” deyən yoxdur. Azərbaycanı sıxışdırmaq üçün Ermənistana yardım edirlər. Biz bu ikibaşlı siyasətə öyrəşməliyik və bu şəraitdə ölkəmiz daxilində milli birliyi gücləndirməliyik. Xalqın dövlətinə inamını artırıb, torpaqlarımızı müdafiə etməliyik”.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya Xarici işlər Nazirliyinin erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycan ərazisinə daxil olması haqqında yanaşmasına münasibət bildirib. Azərbaycan XİN-in yaydığı bəyanatda deyilir ki, Rusiya XİN-in bu məsələyə diplomatik etikadan kənar formada münasibət bildirməsi çox təəccüblüdür və başadüşülən deyil.

Xatırladaq ki, Rusiyanın Xarici İşlər Nazirliyi Rusiya vətəndaşlarının Azərbaycanın vəzifəli şəxsləri tərəfindən diskriminasiyaya uğradığını iddia edib.

Rusiya XİN bildirib ki, bu ilin əvvəlindənAzərrbaycan 25 rusiya vətəndaşının ölkəyə girişinə qadağa qoyub.Buna səbəb həmin şəxslərin erməni əsilli olması olub. “Rəsmi Moskva Bakını bu praktikaya son qoymağa və məsul şəxslərin əməlinə lazımi qiymət verməyə çağırır”,- deyə Rusiya XİN-in bəyanatında bildirilib.

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »