Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tanınmış konsert təşkilatçısı “Bandotdel”ə aparıldı
Tanınmış təşkilatçı, “Səs music organization”nun rəhbəri Nahid Emiloğlu (Şükürov) tutulub.

Criminal.az -ın məlumatına görə, N.Eminoğlu Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (Bandotdel) əməkdaşları tərəfindən saxlanılıb. N.Emiloğlu türk müğənni Rafet El Romanın və Damlanın iyun ayında keçiriləcək konsertləri üçün saxta bilet satışı etməkdə günahlandırılır.

Məsələ ilə bağlı Lent.az-ın əməkdaşı müğənni Damla ilə də əlaqə saxladı. İfaçı bildirdi ki, N.Emiloğlu barəsində şikayətçi olmayıb:

“Qabaqcadan razılaşdıq ki, konsertimin təşkilatçılığını Nahid eləsin. Daha sonra mən İstanbulda olanda Nahid zəng elədi ki, konsert ediləcək məkanı dəyişək. Mən də razı olmadım. Çünki konsertin yetəri qədər reklamı getmişdi, biletlərin çoxu da satılmışdı. Elə oldu ki, qarşılıqlı razılaşma nəticəsində konserti Nahidlə etməmək qərarına gəldik. Daha sonra fərqli biletləri satışa çıxartdıq. Mənim Nahid Emiloğlu barəsində heç bir şikayətim olmayıb. Yəni onu polisə mən verməmişəm"

Paylaş »
››› İcra başçısının bacısı oğlundan kənd camaatına qəribə qadağa...
››› Bu il məktəblərdə gül buketi “gül pulu” ilə əvəz olundu: Əlində gül yox, cibində pul gətir
››› Zaxarova Gorus-Qafan yolunda Azərbaycanın İranın yük maşınlarını saxlamasına münasibət bildirib
››› İran Xankəndini Ermənistan ərazisi hesab edir - Foto
››› Vampir hekayələri gerçəkləşir -  Hər gün qan içməsə, dayana bilmir
››› Dama-dama göl olan 15 qəpiklər – Deputatın çıxışı xalqı qəzəbləndirdi
››› “İran Azərbaycanla münasibətlərdə nə istədiyini, nə gözlədiyini aydın ifadə etməlidir”
Son xəbərlər
Bütün xəbərlər »