Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“İpək əsərlər” sərgisi keçirildi
“Azərkitab” Kitab Təbliğatı Mərkəzində Cumhuriyyətin 100 illiyi ilə bağlı “ İpək əsərlər” , “İpək səslər” adlı sərgi və konsert programı keçirilib.

Sərgidə Tünzalə, Elmar və Türkan Məmmədzadələrin, balaca rəssam Cəmilənin ipək üzərində işlənmiş 60 əsəri sərgilənib.

Eyni zamanda Türk sanat müsiqisinin gözəl ifaçısı SerkanÜn və Gənc, istedadlı musiqiçilər Fərid Əhmədov, Kənan Cəfərov, Ramik və Vəli Muradov qardaşlarından ibarət “İpək səslər “ qrupunun ifasında konsert programı baş tutub.

Ziyalılar, sənət adamları və bir çox qonaqların da qatıldıqı sərgidə millət vəkili Adil Əliyev, yazıçı publisist Əkbər Qoşalı , Bakı Mühəndislər Universitetinin professoru memar Sabir Orucov çıxış edərək, sərginin Azərbaycan incəsənətindəki önəmindən danışaraq, rəssamları təbrik edib, uğurlar arzulayıblar.

Qeyd edək ki, dünyada tanınan rəssam Tünzalə Məmmədzadə rəssamlıqda İpək üzərində rəsm üslubunu yaratmış və ilk ipək kitab Quran-i Kərimin müəllifidir.

Tünzalə Məmmədzadənin hazırladığı Quran-i Kərim isə hal -hazırda Türkiyə Prezidenti Rəcəb Tayip Ərdoğanın kolleksiyasında saxlanılır.

Son xəbərlər
Bütün xəbərlər »