Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müdafiə Nazirliyi: Alxanlıda atəş nöqtələrinin olmadığı sübut edildi
Müdafiə Nazirliyi Ermənistan tərəfinin guya Füzulinin Alxanlı kəndi ərazisində Azərbaycana aid atəş nöqtələrinin olduğu barədə iddialarına münasibət bildirib.

Nazirliyin xəbərinə görə, Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, Respublika Baş Prokurorluğu, və Füzuli rayonunun İrca Hakimiyyəti tərəfindən iyulun 6-da Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərin və xarici kütləvi informasiya vasitələri nümayəndələrinin ermənilərin atəşə tutması nəticəsində iki dinc kənd sakinin həlak olduğu Füzuli rayonunun Alxanlı kəndinə səfəri təşkil edilib.

Bu ərazidə Azərbaycan Silahlı Qüvvələri bölmələrinin qərargahının və atəş nöqtələrinin olmadığı sübut edən dəlillər onlara yerində təqdim olunub.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib ki, hərbi attaşelər və KİV nümayəndələri kənd ərazisində Silahlı Qüvvələrin bölmələrinin heç bir qərargahının və atəş nöqtələrinin olmadığına yerində əmin olublar: "Bu fakt təsdiq edir ki, ermənilərin əsas hədəfi dinc əhali olub. Erməni tərəfinin kənd ərazisində hərbi bölmələrin olması barədə yaydığı məlumat dezinformasiya və yalandır”

Paylaş »
››› İcra başçısının bacısı oğlundan kənd camaatına qəribə qadağa...
››› Bu il məktəblərdə gül buketi “gül pulu” ilə əvəz olundu: Əlində gül yox, cibində pul gətir
››› Zaxarova Gorus-Qafan yolunda Azərbaycanın İranın yük maşınlarını saxlamasına münasibət bildirib
››› İran Xankəndini Ermənistan ərazisi hesab edir - Foto
››› Dama-dama göl olan 15 qəpiklər – Deputatın çıxışı xalqı qəzəbləndirdi
››› Vampir hekayələri gerçəkləşir -  Hər gün qan içməsə, dayana bilmir
››› “İran Azərbaycanla münasibətlərdə nə istədiyini, nə gözlədiyini aydın ifadə etməlidir”
Son xəbərlər
Bütün xəbərlər »