Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda  bitkilərin genetik ehtiyatlarının qorunmasına dövlət nəzarəti

Dünyada 1480-ə yaxın genetik bank mövcuddur və onlarda kənd təsərrüfatı bitkilərinin təqribən 5,8 mln. nümunəsi toplanmışdır.

Bu gün mədəni bitkilərin və onların yabanı əcdadlarının beynəlxalq təşkilatların və ayrı-ayrı dövlətlərin imkanlarının səfərbər edilməsi yolu ilə elmi cəhətdən əsaslandırılmış etibarlı mühafizəsi və səmərəli istifadəsinin təmin olunması üçün beynəlxalq normativ-hüquqi baza, müqavilə və sazişlər sistemi yaradılıb.

Burada ilk növbədə BMT səviyyəsində hazırlanaraq dünya dövlətlərinin əksəriyyəti tərəfindən qəbul edilmiş bir sıra sənədləri - Bioloji Müxtəlifliyə dair Konvensiyanı, Bitkilərin Genetik Ehtiyatları üzrə Qlobal Fəaliyyət Planını, bitkilərin genetik ehtiyatlarının yığılması və ötürülməsi üzrə Beynəlxalq Kodeksi, Bioloji Təhlükəsizliyə dair Kartaxena Protokolunu, Bitkilərin Yeni Sortlarının Mühafizəsi üzrə Beynəlxalq Konvensiyanı və s. göstərmək olar. Bu Konvensiyaların bir çoxuna Azərbaycan dövləti də qoşulub. 

Kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatında neft və tikinti sahələrindən sonra üçüncü ən böyük sahədir.

Bitkilər aləminin çox böyük genetik zənginliyinə və bir neçə minilliyi əhatə edən əkinçilik mədəniyyətinə malik olan Azərbaycanda da bitki genetik ehtiyatlarının qorunması hər zaman aktual məsələdir.

Keçmiş Sovetlər İttifaqı dövründə Azərbaycanın milli bitki genetik ehtiyatları fondu N.Vavilov adına Ümumrusiya Bitkiçilik İnstitutunda saxlanılırdı. SSRİ dağıldıqdan sonra bu institutla əlaqələrin zəifləməsi, digər tərəfdən, bitki nümunələrinin Elmlər Akademiyasının və Kənd Təsərrüfatı Nazirliyinin institutlarında əlverişsiz şəraitdə saxlanması nəticəsində bir çox nümunələr itib batmış və ya yararsız hala düşmüşdü.

Genetik ehtiyatlarla bağlı ölkədə yaranmış təhlükəli vəziyyətin qarşısını almaq üçün hələ 1995-ci ildə KTN nəzdində akademik C.Əliyevin rəhbərliyi ilə Bitki Genetik Ehtiyatları Komissiyası və Milli Əlaqələndirmə Şurası yaradılmış, AMEA biologiya elmləri bölməsində və Kənd Təsərrüfatı Nazirliyinin aidiyatı strukturlarında bioloji müxtəlifliyin toplanması, qorunması, səmərəli istifadə olunması istiqamətində tədqiqat işlərinin aparılması qərara alınıb.

2001-ci ildə Heydər Əliyevin sərəncamı ilə Bioloji Müxtəlifliyin Genetik Ehtiyatlarının Qorunması və Səmərəli İstifadəsinə dair Dövlət Komissiyası yaradılıb. 2006-cı ildə Biomüxtəlifliyin Qorunması və Davamlı İstifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı hazırlanaraq Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilib.  

Hazırda Azərbaycanda 13 müxtəlif təşkilatın nəzdində saxlanılan 34 kolleksiyada taxıl, paxla, meyvə və giləmeyvə, üzüm, tərəvəz-bostan, yem, dərman və qeyri-ənənəvi bitkilərin çox böyük elmi və praktiki dəyərə malik qiymətli xalq seleksiyası sortlarının, nadir, endemik, relikt formalarının 13 minə yaxın nümunəsi toplanıb. Bu genetik zənginliyin xüsusi mərkəzdə - Milli Genbankda cəmlənməsi və lazımi şəraitdə saxlanması, mühafizəsi və səmərəli istifadəsi mühüm əhəmiyyət kəsb edir.

O cümlədən, 2004-cü ildə Azərbaycan Respublikasında Fitosanitar Nəzarəti Xidmətinin yaradılmasında məqsəd yuxarıda sadalanan  problemlərə nəzarəti gücləndirməkdir. 

Dövlət Xidməti öz fəaliyyətində Azərbaycan Respublikasının ərazisini karantin tətbiq edilən zərərli orqanizmlərdən qorumaq, onların mənbələrini vaxtında aşkar etmək, bitki və bitkiçilik məhsullarında zərərli orqanizmlərin kütləvi yayılmasının qarşısını almaq, flora və faunanın pestisidlərin və digər zəhərli maddələrin təsirindən qorumaq, Respublikanın ərazisinə başqa dövlətlərdən fitosanitar nəzarətində olan zərərli orqanizmlərin daxil olmasının və yayılmasının qarşısını almaq və digər bu kimi tədbirlərin həyata keçirilməsini təmin edir.

DövlətXidmətininfəaliyyətiningücləndirilməsivə yaxşılaşdırılması istiqamətindəgörülənişlərinnəticəsiolaraqsiyasiiqtisadivə ekolojisahələrdə gözəçarpacaquğurlarqazanılıbBelə ki,bitkimənşəliməhsullarınbeynəlxalqticarətininsadələşdirilməsiticarəttərəfdaşlarımızınetibarlılığınaəsasənbizim ölkəninbeynəlxalqbazara çıxışını asanlaşdırmışdırvə ölkə ərazisininzərərliorqanizmlərdənmühafizəsigücləndirilmişdirbununnəticəsiolaraqkəndtəsərrüfatı və meşəbitkilərininməhsuldarlığı yüksəlmiş, ekolojivəziyyətvə ətrafmühitinmühafizəsistabitləşib.

Vaxtaşırı sərhədkeçidməntəqələrində birgə mühafizə üzrə monitorinqlərkeçirilir.

Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikasında aşkar edilmiş, məhdud dairədə yayılmış və ölkə üçün potensial təhlükə törədən və karantin tətbiq edilə bilən zərərli orqanizmlərin siyahısı müəyyən edilib, karantin zərərli orqanizmləri haqqında albomlar, stendlər hazırlanaraq Dövlət Xidmətinin müvafiq qurumlarının istifadəsinə verilib.

Biosenozların və aqrobiosenozların fitosanitar vəziyyətini xarakterizə edən məlumatların toplanması, karantin tətbiq edilən və digər potensial təhlükəli zərərli orqanizmlərin yayılma arealının və bioloji xüsusiyyətlərinin dəqiqləşdirilməsi məqsədilə Respublika ərazisində mütamadi olaraq fitosanitar monitorinqlər həyata keçirilir.

Dövlət qeydiyyatından keçməyən, köhnə, toksik xassəyə malik pestisidlərin zərərsizləşdirilməsi məqsədilə regionlarda monitorinqlər aparılaraq vaxtı keçmiş, istifadəsi qadağan olunmuş pestisid qalıqlarının aşkar edilməsi sahəsində tədbirlər gücləndirilir.

Dövlət Xidmətinin maddi texniki bazasını möhkəmləndirmək məqsədilə xidmətin yeni qurumları traktor və çiləyicilər, minik avtomaşınları, komputer dəstləri, faks aparatları, əl çiləyiciləri ilə təmin edilmişdir. Respublikanın regionlarında rayon (rayonlararası) və sərhəd keçid bitkilərin karantini məntəqələri üçün inzibati binaların və bioloji laboratoriyaların tikilib istifadəyə verilməsi işləri davam etdirilir. Hər ilin Azərbaycan Respublikasının fitosanitar karantin vəziyyəti barədə Respublikanın 67 rayon və 9 şəhəri üzrə məlumat hazırlanır.

Böyük təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Respublika ərazisinin 20 % - dən artıq hissəsi Ermənistan tərəfindən işğal edildiyi üçün həmin ərazilərdə fitosanitar nəzarətinin aparılması mümkün deyil.

Azərbaycan Respublikası ilə Şərqi Avropa və MDB ölkələri arasında, xüsusilə Rusiya Ukrayna, Belarus, Gürcüstan, İran, Türkiyə və Bolqarıstan kimi ölkələrdə bitki mənşəli məhsulların idxal və ixracı ildən ilə genişlənir.

“Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikasının Qanunu mədəni bitkilərin, onların yabanı əcdadları da daxil olmaqla genetik ehtiyatlarının ərzaq məhsulları istehsalı və kənd təsərrüfatı, elmi-tədqiqat, seleksiya və maarifləndirmə fəaliyyəti, habelə indiki və gələcək nəsillərin maraqlarını nəzərə almaqla sosial-mədəni və tarixi irsin mühafizəsi üçün qorunması və səmərəli istifadəsinin hüquqi əsaslarını müəyyən edir.

Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu qanundan, “Seleksiya nailiyyətləri haqqında”, “Fitosanitar nəzarəti haqqında”, “Toxumçuluq haqqında” və “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikası qanunlarından, Azərbaycan Respublikasının mülki, aqrar və ekoloji qanunvericiliyindən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdi.

Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrdə mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyindən fərqli qaydalar müəyyən edildikdə beynəlxalq müqavilələrin tələbləri əsas götürülür. Bu Qanunun məqsədi mədəni bitkilərin milli genefondunu təşkil edən mədəni bitkilərin, onların yabanı əcdadları da daxil olmaqla genetik ehtiyatlarının indiki və gələcək nəsillər üçün zəmanətli qorunub saxlanılmasını, onların ərzaq məhsulları istehsalında, kənd təsərrüfatı işlərinin aparılmasında, elmi-tədqiqat, seleksiya və digər fəaliyyətdə istifadəsini, bitki materiallarına olan ehtiyacın davamlı ödənilməsini, habelə dövlətin ərzaq, ekoloji və bioloji ehtiyatlar təhlükəsizliyinin yaxşılaşdırılmasını təmin etməkdən ibarətdir.

Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi sahəsində fəaliyyətin əsas prinsipləri aşağıdakılardır:

 Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsinin təmin edilməsi məqsədi ilə ekoloji, iqtisadi və sosial maraqların elmi əsaslarla uzlaşdırılması;

 Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi ilə əlaqədar fəaliyyətin planlaşdırılması zamanı aqroekosistemlərin təbii və sosial-iqtisadi xüsusiyyətlərinin nəzərə alınması;

 Aqrofitomüxtəlifliyin qorunub saxlanması və istifadəsi üzrə fəaliyyətin bu sahədə mövcud qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsi;

 Aqroekosistemlərdə təsərrüfat və ya digər fəaliyyətin səbəb olduğu antropogen çirklənmənin müəyyən edilməsi və onun qarşısının alınması; . gen mühəndisliyinin və yeni texnologiyaların tətbiqindən alınmaqla, mədəni bitkilərin genetik ehtiyatlarının sonrakı istifadəsinə maneə törədən və (və ya) onların azalmasına səbəb olan genetik modifikasiya olunmuş bitkilər və digər məhsulların aqroekosistemlərə mənfi təsirinin qarşısının alınması;

Azərbaycan alimləri tərəfindən və xalq seleksiyası nəticəsində yaradılmış bitki sortlarının Azərbaycan Respublikasına məxsus ənənəvi mədəni bitki brendlərinin siyahısını təsdiq etmək, onların ölkə daxilində və beynəlxalq miqyasda mühafizəsinə və təbliğinə hüquqi, elmi və texniki səviyyələrdə dəstək vermək. Bu siyahıya daxil olan bitki nümunələrinin öz xarakterik xüsusiyyətlərini və adaptiv xassələrini qazandıqları ərazilərdə becərilməsini stimullaşdırmaq da qanunvericiliyin irəli sürdüyü tələblər sırasındadır.

2013-cü ildən geni dəyişdirilmiş bitkilərin genetik ehtiyatlarının Azərbaycana gətirilməsi qadağandır. Gələcəkdə ümumiyyətlə, geni dəyişdirilmiş bitkilərin özünün Azərbaycana daxil olmasının qadağan ediləcəyi gözlənilir.  Burada söhbət mədəni bitkilərin, eyni zamanda Azərbaycana xas olan bitkilərin genetik ehtiyatlarının mühafizəsinin pozulmasının qarşısının alınmasından gedir: Eyni zamanda nadir bitkilər, nəsli kəsilməkdən olan bitkilərin qanunsuz toplanması, mal-qaraya otardılması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 120-1.-ci maddəsinə əlavələr edilib və cərimələr tətbiq olunur.Burada fiziki şəxslər üçün 200 manatdan 300 manata qədər cərimə, vəzifəli şəxslər üçün 500 manatdan 600 manata qədər, hüquqi şəxslər üçün isə 500 manatdan 2000 manata qədər cərimə nəzərdə tutulub”.

 

2009-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutunda ekoloji tarazlığın qorunmasında insanların ən etibarlı müttəfiqi olan genetik ehtiyatların mühafizəsi və səmərəli istifadəsi işində bütün ölkə ictimaiyyətini öz ətrafında birləşdirəcək Genetik Ehtiyatların Mühafizəsi Cəmiyyəti (GEMC) təsis edilib.( ardı var)

İlhamə Loğman

Son xəbərlər
Bütün xəbərlər »