Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Arvadını qətlə yetirənə hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Ağasənov Elgün Rasim oğlunun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Bizimyol.info xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən E.Ağasənov 17 il müddətinə azadlıqdan məhrum edilib.

E.Ağasənov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə təqsirli bilinib. Hadisə Xırdalanda baş verib. Xırdalan şəhəri 20 Yanvar küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşayan 1986-cı il təvəllüdlü Ağasənov Elgün Rasim oğlu həyat yoldaşı - 1994-cü il təvəllüdlü Nadirova Axirə İsməmməd qızını şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı bıçaqla qətlə yetirib.

Qətl hadisəsi mərhumun anasının gözü qarşısında baş verib.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »