Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lapşinin məhkəməsi etirazla başladı
QAT üzvləri 2 yaşlı Zəhranın qətlinə və mühakimə olunan bloqçuya eitraz ediblər

Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan bloqçu Aleksandr Lapşinin barəsində cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Proses başlamazdan əvvəl məhkəmənin önündə Fizuli rayonunun Alxanlı kəndində 2 yaşlı Zəhranın ermənilər tərəfindən qətlə yetirilməsi ilə bağlı etiraz aksiyası keçirilib. Qarabağ Azadlıq Təşkilatının təşkil etdiyi aksiyada bir qrup şəxs əllərində erməni silahlı qüvvələri tərəfindən öldürülən 2 yaşlı Zəhranın fotolarını tutaraq etiraz şüarları səsləndiriblər.

"Ermənilərə ölüm", "Ermənilər torpaqlarımızdan rədd olsun" şüarları səsləndirən aksiya iştirakçıları Zəhranın qatili olan erməniləri dəstəklədiyinə görə A.Lapşinə də etirazlarını bildiriblər.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə prosesdə şahid qismində Şuşadan olan 3 məcburi köçkün dindirilib.

Məcburi köçkün Vəsilə Xəlilova A.Lapşini internetdəki Qarabağla bağlı məqalələrindən tanıdığını deyib. O qeyd edib ki, bloqçunun həmin məqalələri ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib: "Mən erməni işğalı nəticəsində əzizlərimi, evimi, yurdumu itirmişəm. Lapşinin Qarabağa səfəri separatçı rejimin təbliğatı ilə bağlı olub. Lapşin məqalələri ilə işğalçı Ermənistanı da təbliğ edib. Sual olunur, o, nəyə görə orda Azərbaycanın mədəni irsinin dağılmasından, qaçqın və məcburi köçkünlərin taleyindən heç nə yazmayıb?"

V.Xəlilova məhkəmədə Fizuli rayonunda 2 yaşlı Zəhranın həlak olması faktından da danışıb: “2 yaşlı Zəhranın günahı nə idi? Lapşin erməni vəhşiliyini görməyibmi? Bütün bunlara görə, işğaldan əziyyət çəkən şəxs kimi Lapşinə layiqli cəza istəyirəm”.

Şahid Məmməd Hacıyev və Yunis Hüseynov da ifadələrində Lapşinin Qarabağa səfərini pisləyib, onun Azərbaycanın işğal altına olan torpaqlarını "müstəqil" dövlət kimi təqdim etməsinə etirazlarını bildiriblər.

Qeyd edək ki, ötən məhkəmə prosesində A. Lapşinin anasının məhkəmədə ifadə verəcəyi bildirilsə də, o, məhkəməyə gəlməyib. Hakim bildirib ki, Lapşinin şahidlər siyahısında olan anası ifadə verməyəcəyini bildirib. Bu səbəbdən də onun ifadəsi elan olunmuş hesab edilib.

Şahid ifadələri başa çatdığı üçün sənədlərin tədqiqi mərhələsinə keçilib. Cinayət işində olan sənədlər tədqiq edilib, məhkəmə videotexniki ekspertizasının rəyləri elan olunub.

A. Lapşinin vəkili məqalələri araşdıran ekspert Almaz Bayramovanın məhkəməyə çağırılaraq, əlavə şahid qismində dindirilməsi barədə vəsatət verib. O, bunun səbəbini ekspertin rəyinin mənbəyinin aydın olmaması ilə əlaqələndirib. Məhkəmə vəsatəti təmin edib. Proses iyulun 11-də davam edəcək.

İttihama görə, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan Alenksandr Lapşin Ermənistan silahlı qüvvələri tərəfındən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Pasportlar haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək, 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olub.

O, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə internet sosial şəbəkəsində özünə məxsus http//puerrtto.livejournal.com səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 6 aprel və 29 iyun 2016-cı il tarixli müraciətlərində işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.

Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri ilə əlaqədar Alenksandr Lapşinin adını “arzuolunmaz şəxslər” siyahısına daxil edib.

Azərbaycan Baş Prokurorluğunun məlumatında bildirilirdi ki, bir qrup şəxslə cinayət əlaqəsinə girərək, Azərbaycanın işğal olunmuş ərazisinə qanunsuz səfər və dövlət əleyhinə yönələn açıq çağırışlar etdiyi, dövlət sərhədini qanunsuz keçdiyinə görə Belarusda həbs edilən Alenksandr Lapşinin ölkəmizə ekstradisiya olunması ilə əlaqədar zəruri tədbirlər görülüb.

Aleksandr Lapşinin Azərbaycana ekstradisiya edilməsi üçün sənədlər Baş Prokurorluq tərəfindən Belarus hüquq-mühafizə orqanlarına təqdim olunub.

Aleksandr Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində fakta görə Azərbaycan Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi qaldırılıb və barəsində dövlətlərarası axtarış elan edilib.

Belarus Baş Prokurorluğu bu il yanvarın 17-də Alenksandr Lapşinin Azərbaycana ekstradisiyası barədə qərar verib.

Rəşad VAQİFOĞLU

[gallery columns="1" size="large" ids="7071,7072,7073,7074">

Paylaş »
››› “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ağzına su almasın” - İlahiyyatçı
››› Sovet dövründən qalma baha sata biləcəyiniz 12 əşya
››› Təkbaşına bütün İngiltərə ilə döyüşən və dövlət quran adam...
››› “Azərbaycan öz müdafiəsini Ermənistandan daha güclü rəqiblərə qarşı qurur”
››› Sosial şəbəkələrdə videosu yayılan qazi ilə bağlı rəsmi açıqlama - Video
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› “Paşinyan Ərdoğanla görüşüb müxtəlif vədlər verməklə vaxt qazanmaq istəyir”
Son xəbərlər
Bütün xəbərlər »