Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cəmiyyətin müasir həyatı təbiətə yeni elmi yanaşma tələb edir
İnsan cəmiyyətinin inkişafı təbiətlə qarşılıqlı təmasda olmadan mümkün deyil. İnsanların təlabatını ödəmək və onun inkişafını təmin etmək üşün Yerin bərpa olunan və bərpa olunmayan sərvətlərindən intensiv şəkildə istifadə olunur.İnsan öz həyatı üçün vacib olan hər şeyi təbiətdən alır.Təbiət insanın estetik təlabatının təminat mənbəyidir.

Müasir anlayışda “ekologiya”orqanizmlər və ya orqanizmlər qrupu ilə onları əhatə edən mühit arasında münasibətlərdən bəhs edən elmdir. Başqa sözlə, ”ekologiya canlı orqanizmlərin mövcudluq şərtlərini və orqanizmlərlə onların məskunlaşdığı mühitin qarşılıqlı təsirlərini öyrənən elmdir”. Orqanizmlərlə mühit arasındakı əlaqələrin məcmusu və ya sturukturu ekologiyanın predmetini təşkil edir. Təbiətin necə qurulmasını,hansı qanunlar əsasında mövcudluğunu,insan təsirinə hansı reaksiyanı verməsini,ekoloji sistemləri məhv etməyən yüklənmənin həddini və s.bilmədən təbiəti qorumaq və ondan insanın maraqları naminə istifadə etmək mümkün deyil.Bütün bunlar isə ekologiyanın obyektini təşkil edir.Ekologiyada əsas tədqiqat obyekti ekosistemlərdir (canlı orqanizmlərlə məskunlaşma mühitinin yaratdigı vahid təbiət kompleksləri). Ekologiya insan fəaliyyəti nəticəsində baş verən dəyişikliklər də nəzərə alınmaqla canlı orqanizmlərin məskunlaşdıqları mühitdə həyat fəaliyyətinin qanunauyğunluqlarını tədqiq edir.Bütün bunlardan başqa,ayrı-ayrı orqanizm növlərinin,onların populyasiyalarının,yəni eyni növdən olan fərdlər toplusunun və bütövlükdə biosferin öyrənilməsi də ekologiyanın tədiqat sferasına daxildir.

Sözün dar mənasında, çirklənmə dedikdə, hər-hansı bir mühitə ona xas olmayan fıziki, kimyəvı və bioloji agentlərin daxil edilməsinə və yaxud mühitdə bu agentlərin orta uzunillik səviyyədən yüksək olması başa düşülür. Çirklənmənin birbaşa tətbiq obyekti ekotopun əsas komponentləridir: atmosfer, torpaq və su. Çirklənmənin dolayısilə obyekti (qurbanlari) isə biocenozun tərkib hissələridir -bitkilər, heyvanlar və mikroorqanizmlər. İstənilən fıziki agent, kimyəvi element və bioloji növ çirkləndirici ola bilər. Hər-hansı ekoloji sistemə ona xas olmayan canlı və ya cansız komponentlərin daxil edilməsinə, yaxud, maddələr dövranını, onların asimilyasiyasını, enerji axımını pozmaqla həmin ekoloji sistemin dağilmasına və ya məhsuldarlığının azalmasına səbəb olan struktur dəyişmələrinə çirklənmə deyilir.

Hazırda ekologiyanın ətraf mühitin çirklənməsinə həsr olunmuş istiqamətlərində intensiv tədqiqatlar aparılır.İnsan və insan cəmiyyətinin ekologiyası xüsusi statusa malikdir. İnsan ekologiyası dedikdə,biosfer və antroposistemin qarşılıqlı münasibətlərinin ümumi qanunauyğunluqlarını kompleks tədqiqi,təbii mühitin insanlara təsirinin öyrənilməsi nəzərdə tutulur.

Hazırda insan öz məskunlaşdığı mühiti olduqca genişləndirmişdir.O,artıq yalnız yerətrafı deyil,həm də uzaq kosmik fəzanı fəth edir.Bu şərait də kosmik antropoekologiyanın predmetini təşkil edən bir sıra yeni problemlər yaradır. Sənaye müəssisələrinin inkişafı şəraitində insan və maşınların qarşılıqlı münasibətləri olduqca mürəkkəb və çoxşaxəli xarakter alır.Belə ki,burada temperatur,səs-küy,işıqlanma və s.ekoloji amillərin özünəməxsus rejimləri meydana çıxır. Əvvəldə qeyd olunan anlayışlardan bir elm kimi ekologiyanın vəzifələrini aşağıdakı kimi formalaşdırmaq olar:

--təbii sistemlərə və bütövlükdə biosferə göstərilən antropogen təsirlər də nəzərə alınmaqla həyatın təşkilinin ümumi qanunauyğunluqlarının tədqiqi; --bioloji resursların səmərəli istismarının elmi əsaslarının yaradılması; --insan fəaliyyəti nəticəsində təbiətin dəyişməsinin proqnozlaşdırılması; --biosferdə baş verən proseslərin idarə olunması və insanın məskunlaşdığı mühitin qorunub saxlanması; --populyasiyaların miqdarının nizamlanması; --zərərverici növlərlə mübarizədə kimyəvi vasitələrdən minimum istifadəni təmin edən tədbirlər sisteminin hazırlanması;--landşaftın bu və ya digər komponentləeinin və elementlərinin xassələrinin qiymətləndirilməsi; --çirklənmiş ekoloji sistemlərin vəziyyətinin ekoloji indikasiyası; --pozulmuş təbii ekosistemlərin bərpası;

Xalq təsərrüfatının bütün sahələrinin intensiv inkişafı dövründə ətraf mühitin mühafizəsi mühüm əhəmiyyət kəsb edirb.Maddi nemətlər istehsalı prosesində təbii mühitin müxtəlif zərərli və zəhərli maddələrlə çirklənməsi baş verir.Bu isə öz növbəsində insanların sağlamlığının qorunması tədbirlərinin həyata keçirilməsini,tələb olunan sanitar-gigiyena şəraitinin yaradılmasını və ətraf mühitin qorunmasını tələb edir.

Ətraf mühitə əhəmiyyətli dərəcədə təsir göstərən amillərdən biri də urbanizasiyadır(əhalinin şəhərlərdə cəmlənməsi).Hazırda ölkəmizin əhalisinin 40%-ə qədəri şəhərlərdə yaşayır və bu göstərici daim artmaqdadır.Elmi-texniki tərəqqi və urbanizasiya prosesi insanların ədəni-məişət səviyyəsini,rahatlığını və rifahını yüksəldir.Lakin,urbanizasiya prosesinin neqativ cəhətləri də ortaya çıxır.Sənaye müəssisələri və nəqliyyatın sıxlığının artması şəhərlərdə ətraf mühitin və insan sağlamlığının qorunmasını çətinləşdirir.Bütövlükdə,dünya şəhərləri ildə 3mlrd.t bərk sənaye və məişət tullantılarını,500km3 -dan çox çirkab suyunu və 1mlrd.t-a qədər müxtəlif aerozolları ətraf mühitə buraxır. Beləliklə,təbii mühitin çirklənməsi insanların sağlamlığına mənfi təsir göstərir və iqtisadi itkilərə səbəb olur

Cəmiyyətlə təbiət arasındakı qarşılıqlı təsirlərin əsasən üç formasını qeyd etmək olar:ekoloji,iqtisadi və ideoloji. Ekoloji qarşılıqlı təsir forması insanın təbii mühitə olan təlabatı ilə müəyyən olunur.Yəni,mühit insanın bioloji həyat rejimini(hidroloji rejim,planetin bioloji məhsuldarlığı,maddələr və enerji mübadiləsi və s.) təmin etməlidir. İqtisadi qarşılıqlı təsir forması ictimai inkişafın təmin olunması üçün cəmiyyətin təbii sərvətlərə olan təlabatı kimi inkişafın sosial qanunları ilə müyyən olunur. Qarşılıqlı münasibətlərin ideoloji forması xalq təsərrüfatının inkişafı prosesində təbətdən kompleks istifadə olunması zamanı ətraf mühitin keyfiyyətinin planlı şəkildə idarə olunmasında təzahür edir.

Heç bir elmi-texniki və ictimai tərəqqi insanın həyat fəliyyətini təbiət qanunlarının əksinə təmin edə bilməz.Hətta,kosmsu fəth etməsinə, aylarla suyun altında yaşamağa qadir olmasina baxmayaraq insan müəyyən mühit amillərindən(temperatur,rütubət,havanın qaz tərkibi,suyun keyfiyyəti,qidanın tərkibi və s.)asılı olan bioloji varlıq(növ) kimi qalmaqda davam edir.İstənilən canlı orqanizmin mühitin keyfiyyətinə olan təlabatı min illərlə davam edən təkamül nəticəsində formalaşmışdır.Aydındır ki,bu keyfiyyətin orqanizmin təlabatından kənara çıxması maddələr mübadiləsinin pozulmasına səbəb ola bilər ki,bu da nomal həyat tərzi ilə bir araya sığmaya bilər.Mühitin keyfiyyətinin yüksək olması nə deməkdir?

Qədim dövrlərdə növlərin nəslinin kəsilməsi təbii proseslərin nəticəsi ola bilərdi. Lakin,müasir dövrdə növlərin nəslinin kəsilməsi tamamilə fərqlidir. Keçmişdə baş vermiş halları göy cisimləri ilə toqquşma,yüksək vulkanik fəallıq, tektonik layların hərəkəti,iqlim dəyişmələri və s. kimi fiziki səbəblərlədən baş verə bilərdi. Növlərin nəslinin kəsilməsinin cari dövrü insanlarla bağlıdır. İnsanın təbiəti fəth etməsi əsl səbəbdir.

Təbiət üzərində”qələbəsinə”görə cəmiyyət öyünməməlidir.Hər belə “qələbəyə” görə təbiət bizdən qisas alır.Hər belə qələbə ilk növbədə bizim istədiyimiz nəticələri,daha sonra isə digər nəticələri biruzə verir.Bir çox hallarda sonrakı nəticələr birinci nəticələri məhv edir.

Beləliklə,ekologiyanın vəzifələrini istehsalat və ya layihə-konstruktor nöqteyinəzərindən aşağıdakı kimi ifadə etmək olar: 1.Texnoloji,mühəndis və layihə-konstruktor işlərinin ətraf mühitə və insanların sağlamlığına minimum zərərli olmasını optimallaşdırmaq. 2.Mövcud və layihələndirilən müəssisələrin(texnoloji proseslərin)ətraf mühitə, insanlara və digər canlılara göstərə biləcəyi mənfi təsirləri proqnozlaşdırmaq və ekoloji cəhətdən qiymətləndirmək. 3.Ətraf mühitə,insanlara təhlükə yaradan,təbii və antropogen sistemlərə mənfi təsir göstərən texnoloji proseslərin vaxtında müəyyənləşdirilməsi və təkmilləşdirilməsi. Deməli,haqlı olaraq,ekologiya ətraf mühitin mühafizəsi üçün elmi baza,əsas hesab olunur.

1.İqtisadi: ölkənin makroiqtisadi göstəricilərinə biomüxtəlifliyin daxil edilməsi; biomüxtəliflikdən gələn potensial gəlirlər,o cümlədən,birbaşa (təbabət,seleksiya üçün xammal və material və s.) və dolayı (ekoturizm) gəlirlər; pozulmuş biomüxtəlifliyin bərpasına çəkilən xərclər. 2.İdarəetmə:dövlət və kommersiya təşkilatlarını,ordu və donanmanı,qeyri-hökumət təşkilatlarını,yerli əhalini və bütün ictimaiyyəti birgə fəaliyyətə cəlb etməklə əməkdaşlığın yaradılması. 3.Hüquqi:bütün uyğun qanunvericilik normalarına biomüxtəlifliklə bağlı termin və anlayışların daxil edilməsi,biomüxtəlifliyin saxlanmasını dəstəkləyən hüquqi bazanın yaradılması. 4.Elmi:qərarların qəbulu qaydalarının formalaşdırılması,biomüxtəliflik indiqatorlarının axtarışı,monitorinqlərin təşkili. 20dekabr 2006-cı ildə BMT-nin Baş Assambleyası özünün 61/203 saylı qətnaməsi ilə 2010-cu ili Beynəlxalq biomüxtəliflik ili elan etmişdir. Baş Assambleya 19dekabr 2008-ci ildə 63/219 saylı qətnaməsi ilə bütün üzv dövlətləri 2010-cu ildə biomüxtəlifliyin itirilməsi tempini maksimum azaltmağa,özlərinin uyğun strategiya və proqramlarında bu problemə lazımi diqqət ayırmağa çağırmışdır.Assambleya bütün üzv dövlətlərə Beynəlxalq Biomüxtəliflik ilini keçirmık üçün yerli xalqların və icmaların daxil olduğu milli komitələrin yaradılmasını tövsiyə etmiş,həmçinin də bütün beynəlxalq təşkilatlara bu hadisəni qeyd etməyi təklif etmişdir.

Bu günlərdə ekologiyaya dair oxuduğum bir xəbər diqqətimi çəkdi. Böyük şəhərlərdə tullantıları satəın alan ağıllı zibil qutuları quraşdırılır. Başqa sözlə desək kağız tullantılar üçün nəzrəd tutulan qutuya müyyən miqdarda kağız tullantı atırsansa bunun əvəzində sənə ya xırda pul ya da telefona kontur vurulur. Bu təbii ki yalnız kağız tullantılar üçün olmayıb bütün metal, şüşə, ərzaq kimi növlərə də ayrılsa insanların ətraf mühiti təmizləməsinə böyük stimul vermiş olardı. Kreativ fikirdir.

Cərimələrdən qaçmağın yolunu insan oğlu tapa bilir. Amma mükafatlardan qaçmaq istəməz. Təbiətə və ətraf mühitə verdiyi hər faydalı addıma görə mükafatlandırılacağını bilsə yəqin ki insanlar daha diqqətli və faydalı işlər görərlər. Hərçənd ki, təmiz hava, təmiz su, abad ətraf mühit elə özü mükafatdır.

İlhamə Loğman

Son xəbərlər
Bütün xəbərlər »