Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yasamalda 5 mətrəbəli bina sökülür - FOTOLAR
Sakinlər etiraz edir, onlara nə mənzil, nə də kompensasiya söz veriblər

Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsi 162 ünvanında yerləşən 5 mərtəbəli bina sökülür. Binada yaşayan sakinlər isə söküntüyə etiraz edirlər. Bu barədə Bizimyol.info-nun hadisə yerində olan əməkdaşı xəbər verir ki, binanı sökəcək və yerinə ticarət mərkəzləri də daxil olan yeni hündür mərtəbəli bina tikəcək şirkət hələ ortalıqda görünməyib.

Artıq binanın ətrafına hasar çəkilməyə başlanılıb. Tikinti iirkətb binanın ətrafına reklam lövhələri yerləşdirib. Bina söküldükdən sonra orada yaşayan ailələrə pul və ya yeni mənzil veriləcəyibarədə heç kimə dəqiq bir söz deyilməyib.

Sakinlərin sözlərinə görə, onlara gah, pul, gah da bina tikilib qurtarana qədər kirayələrdə mənzillə təmin olunacaqlarını, daha sonra binadan evlə təmin olunacaqlarını deyiblər. “Binada yeni evlər verilən zaman bizdən əlavə pul da istəyirlər amma ortada hələ heç nə yoxdur”-deyə sakinlərədən biri əməkdaşımıza bildirib.

Bina sakinləri dəfələrlə Yasamal Rayon İcra Hakimiyyətinə müraciət ediblər, lakin onların şikayətinə baxan olmayıb. İcra Hakimiyyətindən əlləri üzülən vətəndaşlar Prezident Administrasiyasına və digər müvafiq dövlət qurumlarına üz tutublar. Amma bu dövlət qurumlarına edilən şikayətlər də hələ ki cavabsız qalıb.

Elgün Qarayev

[gallery columns="1" size="large" ids="7061,7062,7063,7064">

Paylaş »
››› “Əgər Ermənistan bizə dəhliz vermirsə, o zaman biz də Laçın dəhlizini nəzarətə götürməliyik”
››› Boşanmanın qadağan olunduğu ölkə: Cütlüklərin yarısı evlənmir
››› Azərbaycanın peyvənd pasportu Türkiyədə qəbul olunmadı
››› Yur dövrünün qayıdışı reallığa çevrilir: Mamontları canlı şəkildə görə bilərik
››› İcra başçısının bacısı oğlu həbsdən buraxıldı
››› TƏBİB-in "gizli" dərman paketi
››› "Prostat xəçənginin yaranma səbəbləri daha ağrılıdır"
Son xəbərlər
Bütün xəbərlər »