Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Roma divarlarının SİRRİ
Elm adamları İmperatorluq dövründə tikilən və yüz illər keçsə də, öz məftunluğunu qoruyan Roma qalasının getdikcə sağlamlaşmasının sirrini ortaya çıxarıblar.

Publika.az xəbər verir ki, qalanın aşınmasının qarşısını alan səbəb vulkanik elementlərdən ibarət olan divarların dəniz suyu ilə reaksiyaya girməsidir.

Dəniz kənarında inşa edilən Roma memarlığına aid abidələr və qalalar əhəng daşı və vulkanik külün qarışığından ibarət beton tipli yapışdırıcı ilə hörülüb. Mütəxəssislər vulkanik materialdakı elementlərin dəniz suyu ilə diffuziyası nəticəsində yapışdırıcının daha da bərkiməsi hadisəsini kəşf ediblər.

Antik Roma sahilyanı qalalarından alınan örnəklərdə nadir rast gəlinən aliminium tobermorit adlı bir qarışıq da tapılıb. Mütəxəssislər bu maddənin dəniz suyu ilə qarşılaşdıqca verdiyi istilik sayəsində əhəng daşının içində kristallaşma prosesinin getdiyini düşünürlər.

Onlar elektron mikroskoplar vasitəsilə qarışıq materialdakı elementlərin hər birini tək-tək incələyiblər. Məlum olub ki, qarışığın tərkibindəki tobermorit fillipsit adlı mineral ilə birləşdiyində həcmi daha da böyüyür. Beləliklə, uzun müddət dəniz suyunun təsirinə məruz qalan kristallar zaman keçdikcə genişlənir və divarlarda çatlaqların əmələ gəlməsini əngəlləyir.

Tədqiqatçılar ixtiralarının daha sağlam və təbiətə ziyan verməyən inşaat materialları hazırlanmasında böyük rol oynayacağına inanırlar.

Zaman keçdikcə aşınmaya məruz qalan müasir beton məhsullarının əvəzinə romalıların istifadə etdiyi təbii məhsullardan istifadə daha faydalı və sağlam olacaq.

Paylaş »
››› “Azərbaycana 4 "İsgəndər" buraxdıq, hamısını tutub məhv etdilər” - Hambartsumyan
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “Qonşu ölkələrin ərazi bütövlüyü hər şeydən vacibdir” - İran XİN
Son xəbərlər
Bütün xəbərlər »